Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Orta məktəbdə COP29 missiyası təşviq edilib –

User 30 May 2025 - 19:10 (Last updated: 30 May 2025 - 20:41)
ana01

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən həyata keçirilən “COP29-un qlobal missiyalarının yerlərdə təşviqi” layihəsi çərçivəsində növbəti tədbir Salyan rayonu 2 saylı tam orta məktəbdə keçirilib.

Bu barədə “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, layihə rəhbəri Rüstəm Məlikov məlumat verib. Onun sözlərinə görə, dəyirmi masa formatında keçirilən tədbirdə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mütəxəssisi, Salyan rayonunun tanınmış ictimaiyyət nümayəndələri, rayonun əməkdar müəllimləri, məktəb rəhbərliyi və şagirdlər iştirak ediblər.

Layihə rəhbəri Rüstəm Məlikov ötən ilin payızında Bakı şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un ekoloji missiyaları barədə tədbir iştirakçılarını məlumatlandırmış və bu işdə dövlət orqanları ilə yanaşı vətəndaş cəmiyyətinin üzərinə düşən ictimai məsuliyyətdən danışmışdır. Əməkdar müəllimlər Allahverdi Piriyev və Sehranə Rzayeva çıxış edərək Azərbaycanın bu qlobal tədbirdə əldə etdiyi uğurlardan, həmçinin beynəlxalq əməkdaşlıq forumunda qazandığı zəngin təcrübədən danışmış, həmçinin dünyanın ekoloji düzəninin sağlamlaşması işində ölkəmizin töhfələrini xatırlatmışlar.

Rayon ictimaiyyəti adından ağsaqqallar şurasının sədri Məhəmməd Ağayev çıxış edərək gənc nəslin nümayəndələrinə ekoloji vərdişlərə yiyələnməkdə tövsiyələrini vermişdir. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Gülhüseyn Ağayev təbiətin mühafizəsi işində əldə olunan təcrübəni şagirdlərlə bölüşdü. Məktəb direktoru Aygün Manafova bu əhəmiyyətli tədbirin rəhbərlik etdiyi təhsil ocağında təşkilinə görə layihə komandasına təşəkkürünü bildirdi.

Məktəbin şagirdləri dəyirmi masada aktiv iştirak edərək onları narahat edən məsələləri dilə gətirdilər və maraqlı təkliflər verdilər. Tədbirdə iştirakçılara maarifləndirici press-relizlər paylanıldı və birgə şəkil çəkdirildi.

“Ana Kür” İctimai Birliyi fəaliyyət planına uyğun olaraq 3 ay davam edəcək layihə çərçivəsində müxtəlif maarifləndirici görüşlər, dəyirmi masalar və ekoloji konfranslar təşkil etməklə COP29-un mesajlarını cəmiyyətin müxtəlif təbəqələri arasında yaymağa davam edəcək.

AzPost.az

Post navigation

Previous: İspaniya La Liqası yeni mövsümdən İdman TV-də!
Next: Türkiyədə Araz Musayevi bıçaqlayan 5 nəfər saxlanılıb –

Oxşar xəbərlər

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
Azərbaycanda vəkillərin
  • Sosial

Bu il 6 vəkil Kollegiyadan xaric olunub, 27 nəfər cərimələnib

User 18 Noyabr 2026 - 18:00

xƏBƏR

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Ağ şəkəri orqanizmə düşən yükü və diabet riskini azaltmağa kömək edən daha faydalı məhsullarla əvəz etmək mümkündür....
Read more about Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi mekke-sazisi
  • Dünya

İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi

User 18 Noyabr 2026 - 18:10
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.