“Azercell-in “1 manat – 1 gün” prinsipi dəyişməyib, qüvvədədir” –AÇIQLAMA

Azercell Telekom
Azercell Telekom
Azercell-in “1 manat – 1 gün” prinsipi dəyişməyib, qüvvədədir.
Azercell müştəri xidmətinin rəhbəribnin açıqlamasına baxdım.
Sadəcə ağlasığmazdır.
Bir dövlət şirkətinin müştəri xidmətinin rəhbəri vətəndaşların ziyanına olan, onları daha çox xərcləməyə, daha çox balans yükləməyə səbəb ola biləcək bir prosesi “sərfəli” bir addım olaraq dəyərləndirir.
Azercell –in yeni tarif siyasəti nə təklif edir ?
Bir daha təkrar etməyi özümə borc hesab edirəm ki, əvvəllər 1 manat, 2 manat və s. ödəməklə günlərlə, həftələrlə və aylarla danışmaq dövrü 1 iyuldan bitir.
Azercell rəsmisi açıq-aşkar bildirir ki, hansısa tarifdə olub onu yeniləyə bilməyən, ondan az balansa pul yükləyən elə həmin məbləğə uyğun sayda gün ərzində danışa biləcək.
Yəni tutaq ki, siz 5 manatlıq paketdəsiniz, əgər növbəti ayda 5 manatı ödəyib paketi yeniləsniz telefon xəttiniz hər iki istiqamətdə 30 gün açıq olacaq.
Amma, əgər balansda 3 manatınız qalıbsa, paketi yeniləyə bilmirsinizsə, 1 manat yükləyirsinizsə siz ancaq 1 gün danışa biləcəksiniz. Baxmayaraq ki, paketinizdə 3 manat qalıb siz danışça bilməyəcəksiniz. Siz yalnız 90 gün zəngləri qəbul edə biləcəksiniz.
Azercell-in YENİ dəyişikliyi MƏHZ xəttin zəng üçün açıq qalma müddətindədir !
Əvvəl xəttin danışıq üçün açıq olan müddəti 1 manat üçün 5 gün idi. İndi bu 1 günə endirilib.
Tutaq ki, 2 manatlıq paketiniz var. Əgər 2 manat ödəsəniz xəttiniz 30 gün açıq olacaq.
Əgər paketi yeniləyə bilməyib 1 manat yükləyirsinizsə, siz ancaq 1 gün ərzində danışa biləcəksiniz. Əgər növbəti günə bu 1 manatın hansısa hissəsi qalsa belə ondan istifadə edə, kiməsə zəng edə bilməyəcəksiniz.
Əvvəl 2 manat üçün xəttin açıq qalma müddəti 10 gün idi.
İndiyədək 30 gün üçün xətti açıq saxlamaq-zəng etmək istəyənlər üçün 5 manat yetərli idi.
İndi , yeni qaydalara görə 5 manat ödəyib yalnız 5 gün danışa biləcəksiniz, balansınızda müəyyən qədər qədər vəsait olmasından asılı olmayaraq.
Beləliklə, əgər tarifi yeniləmək mümkün olmayacaqsa, onda Azercell-in “1 manat – 1 gün” prinsipinə uyğun danışa biləcəksiniz.
Ümid edirəm əlaqədar qurumalar bu məsələlərə diqqət yetirəcəklər.
Osman Gündüz 
Azərbaycan İnternet Forumunun prezidenti

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.