Moskva vilayətində Ukraynanın pilotsuz uçuş aparatları ilə hücumu nəticəsində bir kişi və bir qadın yaralanıb.
Bu barədə vilayət qubernatoru Andrey Vorobyov bildirib.
Onun sözlərinə görə, gecə saatlarında Moskva vilayəti ərazisində- Zaraysk, Odintsovo, Domodedovo, İstra və Solneçnoqorskda 9 PUA vurulub.
“Təəssüf ki, yaralananlar olub. İstradakı “Yubileiny” SNT sakinləri olan bir kişi və bir qadın yaralanıb. Hazırda onlara yardım göstərilir. Yaşayış binasına da ziyan dəyib”
Hadisə yerində təcili yardım xidmətləri işləyir.