Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

Myshops.az-ın əməkdaşı müştərini şantaj etdi

Orkhan Ali 10 İyun 2025 - 08:00 (Last updated: 10 İyun 2025 - 08:58)
Myshops.az

Myshops.az

Bakıda fəaliyyət göstərən Myshops.az onlayn mağazasının əməkdaşının müştəriyə qarşı qanunsuz hərəkəti sosial şəbəkələrdə ciddi rezonans doğurub. AzPost xəbər verir ki, vətəndaş Mələk Qasımova şəxsi Facebook hesabında mağaza əməkdaşı tərəfindən həm şantaj olunduğunu, həm də telefonunun səbəbsiz yerə bloklandığını açıqlayıb.

Vətəndaşın paylaşdığı yazışmalarda aydın olur ki, mağaza əməkdaşı Hacı Mütəllimov müştəriyə qarşı hədə-qorxu gəlirək, borc ödənməyincə telefonun açılmayacağını bildirib. Yazışmalarda müştərinin “Bu cür qayda yoxdur” iradına cavab olaraq əməkdaş “Bağlayacağam, ödəniş olunmamış açılmayacaq” yazıb. Daha sonra isə “Get hara istəyirsən şikayət elə” kimi ifadələrlə vətəndaşa təzyiq göstərib.

Mələk Qasımova bildirir ki, telefonun kredit ödənişlərini tam başa çatdırmasına baxmayaraq, əməkdaş ondan əlavə borc tələb edib və əks halda cihazın istifadəyə verilməyəcəyini bildirib. Əlavə olaraq, ona təqdim olunan 18 aylıq 128 manatlıq kredit müqaviləsinin əslində 12 aylıq olduğunu, bunu isə əməkdaşın “yaxşılıq məqsədilə dəyişdirdim” deməsi ilə öyrənib.

Hadisənin bayram günlərinə təsadüf etməsi və telefonun bağlanması səbəbindən vətəndaş 5 gün telefonsuz qalacağını qeyd edib. Yazışmalarda mağaza əməkdaşı tərəfindən “borcun olmasa belə, mən bağlayaram”, “Get harda istəyirsən şikayət elə”, “Bax bu dəqiqə sistemə girib bağlayıram” kimi qeyri-etik ifadələrin işlədilməsi də ictimai qınağa səbəb olub.

Eyni zamanda xanım sosial şəbəkədə məsələni ictimailəşdirdikdən sonra şantajla üzləşib. “Guya belə eləməklə nə isə əldə elədin? Vergi yoxlamasını gözləyərsən. Hər şey qarşılıqlıdır” – deyə mesaj yazıb.

Məsələ bununla da bitməyib. Mələk Qasımovanın sözlərinə görə, gecikmə yaranması bəhanəsi ilə kredit tarixçəsi də mənfi göstəriciyə salınıb və bu, gələcəkdə digər maliyyə əməliyyatları zamanı ciddi problem yaradacaq.

AzPost.az

Post navigation

Previous: İsrail ordusu Xan Yunisdə 13 nəfəri öldürdü
Next: Los-Ancelesdə gərginlik səngimir

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

zelenski
  • Dünya

Zelenski ərazi məsələsini Putinlə müzakirə etməyə hazırdır – Şərtini açıqladı

User 26 Oktyabr 2026 - 14:08
Ukrayna Prezidenti Volodimir Zelenski ərazi məsələsini Rusiya rəhbərliyi ilə müzakirə etməyə hazır olduğunu bildirib. Bununla belə, o,...
Read more about Zelenski ərazi məsələsini Putinlə müzakirə etməyə hazırdır – Şərtini açıqladı
Çörək alarkən bu 3 məqama baxın – Bu yazı sizi aldada bilər corek
  • Sosial

Çörək alarkən bu 3 məqama baxın – Bu yazı sizi aldada bilər

User 26 Oktyabr 2026 - 14:00
DTX YAP-ın Balakən təşkilatının sabiq sədrini həbs edib yap sedr
  • Sosial

DTX YAP-ın Balakən təşkilatının sabiq sədrini həbs edib

User 26 Oktyabr 2026 - 13:53
İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib ilham maratinos
  • Siyasət

İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib

User 26 Oktyabr 2026 - 13:47
Putinin iqamətgahı niyə bu qədər qorunur? – 50-dən çox HHM mövqeyi qurulub putin
  • Dünya

Putinin iqamətgahı niyə bu qədər qorunur? – 50-dən çox HHM mövqeyi qurulub

User 26 Oktyabr 2026 - 13:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.