Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

TuranBank 33 yaşını qeyd edir

User 12 İyun 2025 - 11:17 (Last updated: 12 İyun 2025 - 11:17)
33-YEAR4

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan, biznesdə etibarlı tərəfdaş imicini qoruyub saxlayan TuranBank bu gün 33 yaşını qeyd edir. 1992-ci ilin 12 iyununda fəaliyyətə başlayan Bank bu illər ərzində geniş inkişaf yolu keçərək ölkənin ən böyük maliyyə qurumlarından birinə çevrilib.

Fəaliyyətində peşəkarlıq, etibarlılıq və yüksək korporativ mədəniyyət meyarlarını rəhbər tutan TuranBank bu illər ərzində bir çox uğurlara imza ataraq biznes subyektlərinin maliyyələşməsi sahəsində öz mövqeyini və nüfuzunu daha da gücləndirib. Həmçinin 850-dən çox əməkdaşı ilə 22 satış nöqtəsində 190 mindən çox əhali və biznes subyektlərini maliyyə xidmət və məhsulları ilə təmin etməklə müştəri bazasını genişləndirməyə müvəffəq olub və əldə etdiyi nailiyyətlərə əsaslanaraq qarşıdan gələn dövrlərdə də uğurlarını davam etdirmək əzmindədir.

TuranBank sahibkarlığın maliyyə imkanlarını genişləndirərək real sektorun maliyyələşdirilməsinə və rəqabətqabiliyyətli iqtisadi sahələrin inkişafına davamlı dəstək göstərir. Bank yerli qurumlardan Sahibkarlığın İnkişafı Fondu, Aqrar Kredit və İnkişaf Agentliyi, İpoteka Krediti Zəmanət Fondu, həmçinin nüfuzlu beynəlxalq maliyyə təşkilatları olan Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı, ECO Ticarət və İnkişaf Bankı , EMF Mikromaliyyə Fondu, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, Incofin İnvestisiya Fondu ilə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi çərçivəsində əməkdaşlıq edərək ölkənin qeyri-neft sektorunun inkişafına ciddi dəstək olmaqda davam edir.

Bununla yanaşı Bank müasir dövrün tələblərinə uyğun olaraq rəqəmsallaşma və innovativ texnologiyaların tətbiqi ilə bank xidmətlərinin rahat, operativ və təhlükəsiz şəkildə təqdim olunmasını təmin edərək, təkmilləşdirilmiş İnternet bankçılıq sistemi və Mobil tətbiqi ilə müştərilərinə məsafədən bank xidmətləri göstərməklə dövrün tələbinə uyğun rəqəmsal məhsullar təklif edən yenilikçi bank kimi onların rəğbətini qazanıb.

 

33 illik fəaliyyəti ərzində sosial məsuliyyət prinsipinə sadiq qalan TuranBank sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlarımıza, qazi və şəhidlərimizin ailələrinə dəstək olmaqla bərabər, “YAŞAT” Fondu, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fondu və Qarabağ Dirçəliş Fondu ilə də sıx əməkdaşlıq edir. Təsadüfi deyil ki, Bank ardıcıl 5 ildir ki, Azərbaycan Banklar Assosiasiyası tərəfindən Korporativ Sosial Məsuliyyət layihəsi üzrə mükafata layiq görülür.

 

TuranBank – 33 illik etibarlı tərəfdaşınız!

AzPost.az

Post navigation

Previous: Ötən gün bank kartlarından nə qədər pul oğurlanıb?
Next: Dövlət qurumları 814 min manatlıq tender imzaladı

Oxşar xəbərlər

zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11

xƏBƏR

ilham aliyev erdoqan beyanat
  • Baş Yazı

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN

User 08 Noyabr 2026 - 18:31
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla...
Read more about Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN
Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı? erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.