Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Azərbaycan İranla sərhəddə radiasiya səviyyəsini yoxlayır

User 13 İyun 2025 - 21:59 (Last updated: 14 İyun 2025 - 01:12)
radiasiya

İranda baş verən hadisələrdən sonra Azərbaycan ərazisində radiasiyanın səviyyəsinin yoxlanılması üçün mütəxəssislər Astaraya ezam olunub.

APA-nın verdiyi məlumata görə, İranda nüvə obyektlərinə zərbə endirilməsindən sonra Azərbaycanın cənub ərazilərində radiasiya dərəcəsini müəyyən etmək üçün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nüvə tədqiqatları departamentinin mütəxəssisləri Astarada tədqiqatlara başlayıb.

Artıq Astara sərhəd zonasında tədqiqatlar yekunlaşıb.

Hazırda mütəxəssislər digər ərazilərdə tədqiqatı davam etdirirlər.

 

**

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop” xüsusi kombinatı və Mülki müdafiə qoşunlarının Radiasiya və kimya laboratoriyasının mütəxəssislərindən ibarət mobil qruplar tərəfindən ölkənin cənub sərhədləri boyunca (30 məntəqə üzrə), o cümlədən Naxçıvan Muxtar Respublikası ərazisində xüsusi cihazlarla radiasiya fonunun ölçülməsi məqsədilə müayinələr aparılıb.

Bu haqda Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətləri tərəfindən yayılan birgə məlumatda deyilir.

Bildirilib ki, müayinələr zamanı ətraf mühitdə radiasiya fonunda hər hansı çirklənmə aşkar edilməyib. Müayinələr mütəmadi olaraq davam etdirilir.

Həmçinin, ölkə ərazisində, o cümlədən transsərhəd bölgələrdə radiasiya şəraitinə fasiləsiz nəzarət məqsədilə Astara, Beyləqan, Zəngilan, Sədərək və digər sərhədyanı rayonlarında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Monitorinqi Mərkəzinin avtomatik stansiyaları fəaliyyət göstərir və bu stansiyalar vasitəsilə radiasiya fonu üzrə gündəlik müşahidələr aparılır.

Hazırda havada hər hansı bir çirklənmə müşahidə edilməyib.

 

AzPost.az

Post navigation

Previous: Bu MMC-nin 26 min manatdan çox vergi borcu var
Next: DGK-nın hospitalı ilə deputata məxsus olduğu deyilən şirkət arasında milyonluq müqavilə

Oxşar xəbərlər

prezident ermeni
  • Dünya

Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı

User 11 Noyabr 2026 - 21:29
rus seir
  • Dünya

Rusiyanın ABŞ-dakı səfiri qəflətən vəfat edib

User 11 Noyabr 2026 - 21:05
ktmt
  • Dünya

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib

User 11 Noyabr 2026 - 19:20

xƏBƏR

infarkt
  • Sosial

İnfarktın yaşı cavanlaşır – Həkim əsas əlamətləri açıqladı

User 11 Noyabr 2026 - 21:42
İnfarkt artıq yalnız yaşlı insanların xəstəliyi hesab edilmir. Kardioloqlar son vaxtlar ürək problemləri ilə üzləşən 40, hətta...
Read more about İnfarktın yaşı cavanlaşır – Həkim əsas əlamətləri açıqladı
Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı prezident ermeni
  • Dünya

Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı

User 11 Noyabr 2026 - 21:29
Hədiyyənin qiymətini uşağa tez-tez xatırlatmayın -Psixoloqdan xəbərdarlıq valideyn usaq
  • Maraqlı

Hədiyyənin qiymətini uşağa tez-tez xatırlatmayın -Psixoloqdan xəbərdarlıq

User 11 Noyabr 2026 - 21:22
Rusiyanın ABŞ-dakı səfiri qəflətən vəfat edib rus seir
  • Dünya

Rusiyanın ABŞ-dakı səfiri qəflətən vəfat edib

User 11 Noyabr 2026 - 21:05
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib ktmt
  • Dünya

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib

User 11 Noyabr 2026 - 19:20
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.