Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Hədiyyənin qiymətini uşağa tez-tez xatırlatmayın -Psixoloqdan xəbərdarlıq

User 11 Noyabr 2026 - 21:22
valideyn usaq

Valideynlərin uşaqlara aldıqları hədiyyələrin qiymətini tez-tez xatırlatması onların psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər. Bu, uşağın öz səhvlərini valideynlərindən gizlətməsinə, başına gələn xoşagəlməz hadisələr barədə danışmaqdan çəkinməsinə səbəb ola bilər.

Bu barədə Rusiya Maliyyə Universitetinin Humanitar elmlər kafedrasının assistenti, psixoloq Yaroslav Klimov “RİAMO”ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, valideynlər uşağa əşyanın qiymətini xatırladanda uşaq çox vaxt faydalı dərsi deyil, böyüyün qəzəbini yadda saxlayır.

Psixoloq hədiyyələrin qiyməti barədə uşaqlarla danışmağın mümkün olduğunu, lakin belə söhbətlərin günahkarlıq hissi yaratmaq və ya uşağı valideynləri qarşısında borclu hiss etdirmək məqsədi daşımamalı olduğunu vurğulayıb.

Klimovun fikrincə, xərclənən pulu tez-tez xatırlatmaq əvəzinə, uşağa bahalı texnikanı niyə nəzarətsiz qoymamağın, ona necə qulluq etməyin və nasazlıq yarandıqda nə etməyin lazım olduğunu izah etmək daha doğrudur.

Mütəxəssis uşağın yaşını da nəzərə almağın vacibliyini qeyd edib. Onun sözlərinə görə, kiçik məktəbyaşlı uşaqlar hesablamağı bacarsalar belə, bahalı əşyaların real dəyərini hər zaman dərk edə bilmirlər. Yeniyetmələr isə hədiyyənin qiymətini ailənin digər xərcləri ilə müqayisə etmək qabiliyyətinə malikdirlər.

Psixoloq valideynlərə xərclənən pulları uşaqlara davamlı xatırlatmaqdan çəkinməyi tövsiyə edib. Çünki hər mübahisədə hədiyyənin qiymətinin gündəmə gətirilməsi uşağın valideyn qayğısını sevgi və diqqət deyil, ödənilməli bir borc kimi qəbul etməsinə səbəb ola bilər.

Klimovun fikrincə, hədiyyənin qiyməti barədə söhbətin məqsədi uşağa əşyalara daha diqqətlə yanaşmağı öyrətmək olmalıdır, onda valideynləri qarşısında borcluluq hissi yaratmaq yox.

AzPost.az

Post navigation

Previous: Rusiyanın ABŞ-dakı səfiri qəflətən vəfat edib
Next: Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı

Oxşar xəbərlər

burcler
  • Maraqlı

Bürclər üçün 11 noyabr proqnozu – Hansı dəyişikliklər olacaq?

User 11 Noyabr 2026 - 09:55
planetlərin kiçik paradı
  • Maraqlı

Alimlər gizli planet aşkar etdilər – kəşfin sirri nədir?

User 11 Noyabr 2026 - 09:45
kilse afrika
  • Maraqlı

Sudanda 1500 illik nəhəng xristian kilsəsi tapıldı

User 11 Noyabr 2026 - 09:26

xƏBƏR

prezident ermeni
  • Dünya

Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı

User 11 Noyabr 2026 - 21:29
Ermənistan Prezidenti Vaqan Xaçaturyan noyabrın 10-da ABŞ-la “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsi üzrə...
Read more about Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı
Hədiyyənin qiymətini uşağa tez-tez xatırlatmayın -Psixoloqdan xəbərdarlıq valideyn usaq
  • Maraqlı

Hədiyyənin qiymətini uşağa tez-tez xatırlatmayın -Psixoloqdan xəbərdarlıq

User 11 Noyabr 2026 - 21:22
Rusiyanın ABŞ-dakı səfiri qəflətən vəfat edib rus seir
  • Dünya

Rusiyanın ABŞ-dakı səfiri qəflətən vəfat edib

User 11 Noyabr 2026 - 21:05
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib ktmt
  • Dünya

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib

User 11 Noyabr 2026 - 19:20
Göy məsciddə bu tədbirin keçirilməsi vandalizmdir – QMİ qmi
  • Din

Göy məsciddə bu tədbirin keçirilməsi vandalizmdir – QMİ

User 11 Noyabr 2026 - 19:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.