Daha bir qrup xarici ölkə vətəndaşı İrandan Azərbaycana daxil olub

Daha bir qrup xarici ölkə vətəndaşı İrandan təxliyə edilib.

AZƏRTAC xəbər verir ki, xarici ölkə vətəndaşları Astara sərhəd-keçid məntəqəsindən keçərək Azərbaycan ərazisinə daxil olublar.

Qeyd edək ki, bəzi xarici dövlətlər Azərbaycan hökumətinə müraciət edərək İranda olan vətəndaşlarının təxliyəsi məqsədilə Azərbaycanın ərazisindən keçməklə öz ölkələrinə qayıtmasına yardım göstərilməsinə dair müraciət ediblər.

Azərbaycan dövləti humanitar prinsipləri rəhbər tutaraq həmin şəxslərin təxliyəsi üçün Astara sərhəd-keçid məntəqəsindən keçmələrinə şərait yaradır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.