Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

“Əlimyandı” adı ilə satışa çıxarılan problemli maşınlar

Orkhan Ali 18 İyun 2025 - 18:43 (Last updated: 18 İyun 2025 - 15:01)
Avtomobil

Avtomobil

Son illərdə avtomobil alqı-satqısı artıq bazarda yox, sosial şəbəkələrdə baş verir. Gecə saatlarında “əlimyandı”, “cekpot”, “qaçırma” şüarları ilə ucuz qiymətə paylaşılan elanlar diqqəti cəlb edir. Amma bu təqdimatın altında çox vaxt görünməyən, lakin bahalı problemlər yatır.

Əgər bir avtomobil bazar qiymətindən xeyli ucuz təklif olunursa, bilin ki, burada ya mühərrik nasazdır, ya sənədlərdə problem var, ya da maşın hansısa səbəblə təcili əldən çıxarılmağa çalışılır. Bəzən şassi və mühərrik kodlarında problem olur, amma bu detalları alıcı gecikmiş formada – artıq maşın alınandan sonra öyrənir.

Avtomobil satmaq istəyənlər maşını “makiyajlayıb” təqdim edir: bir az cilalama, yağ dəyişikliyi, kiçik nasazlıqların gizlədilməsi vəssalam – bir neçə gün problemsiz işləyəcək bir görüntü yaradılır. Alıcı isə sevinc içində maşını alır, sabahı gün isə ya mühərrik yatır, ya ötürücü qutu sıradan çıxır, ya da digər problemlər başlayır.

Unutmayın: əgər biri maşını real qiymətindən aşağı satırsa, ondan xilas olmaq istəyir. Həqiqətən yaxşı vəziyyətdə olan avtomobil sahibini tələsməyə məcbur etmir.

Ekspertlər deyir: “Tələskənliklə alınan maşın sabah peşmançılıq yarada bilər.” Maşın alışı bir gecədə telefon işığında yox, gün işığında, ustayla birlikdə, detallı baxışla olmalıdır. Avtomobil almaq yox, problem almaq istəmirsinizsə – səbirli və diqqətli olun.

AzPost.az

Post navigation

Previous: Pis yuxular sadəcə qorxu deyil
Next: Meloninin Makrona göz süzdürməsi gündəm oldu

Oxşar xəbərlər

avtomobil bazari
  • İqtisadiyyat

“İkinci əl” avtomobillərin satışı üçün yeni prosedur müəyyənləşir

User 18 Noyabr 2026 - 11:56
dollar qizil
  • İqtisadiyyat

Qızılın qiyməti düşdü – Azərbaycanda qiymətlər ucuzlaşacaq?

User 18 Noyabr 2026 - 10:39
valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 18 Noyabr 2026 - 09:30

xƏBƏR

pasinyan qurultay
  • Dünya

Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı

User 18 Noyabr 2026 - 23:06
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalandıqdan sonra tutduğu vəzifədən gedəcəyini vəd edib. Bu barədə...
Read more about Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı
Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.