İran İsrailə qarşı qeyri-adi raketlər atıb.
AzPost bildirir ki, bu barədə görünütlər yayılıb.
Hərbi analitiklər bunun “Xurrəmşəhr-4” orta mənzilli ballistik raket ola biləcəyini ehtimal edirlər. Bu raket 1800 kq döyüş başlığı daşıyır və 2000 km məsafə qət edir.
Bu sürpriz raketin Seccil olması ehtimalı da var: Raketin sürəti 4300 km/saat, hədəf məsafəsi – 2000-2500 km-dir.
**
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, İsrailə qarşı raket hücumlarının son dalğasında 2000 km-ə qədər mənzilli Sacil ballistik raketlərindən istifadə edilib. İlk dəfədir ki, bu silahlardan istifadə olunur.
“İran Silahlı Qüvvələri İsrailin hava hücumundan müdafiə sisteminə ciddi ziyan vurmağa nail olub. Bu gün işğal olunmuş ərazilərin səması İranın raket və pilotsuz təyyarələri üçün açıqdır”.
Hesabatda raket hücumlarının “məqsədli və davamlı” olacağı vurğulanır. Qeyd olunur ki, zərbələr Mossad xarici kəşfiyyat xidmətinin obyektlərinə, Aman hərbi kəşfiyyat xidmətinə və bütün İsrail ərazisindəki hava bazalarına endirilib.