Putin Zelenski ilə görüşməyə hazır olduğunu deyib

“Zelenski ilə görüşməyə hazıram“.

Bunu Rusiya prezidenti Vladimir Putin xarici informasiya agentliklərinə müsahibəsində bildirib.

Putin deyib ki, onun Zelenski ilə görüşü məsələyə “nöqtə qoymaq” üçün danışıqların son mərhələsində mümkündür.

“Biz Ukrayna ilə danışıqları davam etdirməyə hazırıq. Mən hamı ilə, o cümlədən Zelenski ilə görüşməyə hazıram. Məsələ sənədləri kimin imzalayacağıdır”, – deyən Putin hüquqi komponentin Moskva üçün vacib olduğunu qeyd edib.

Putin deyib ki, Ukrayna prezidenti 5 il müddətinə seçilir və onun səlahiyyətlərini uzatmaq üçün heç bir vasitə yoxdur:

“Əgər Ukraynanın birinci şəxsi qeyri-legitimdirsə, onda oradakı bütün hakimiyyət sistemi qeyri-legitim olur”.

Putin əlavə edib ki, Rusiya Ukraynadakı münaqişəni mümkün qədər tez, daha yaxşısı sülh yolu ilə bitirmək istəyir.

O, Ukrayna ilə Rusiya arasında danışıqların yeni raundunun iyunun 22-dən sonra mümkün olduğunu söyləyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.