Yamayka sahillərində 7,7 bal gücündə zəlzələ olub

ZELZELE

Karib dənizində Yamayka sahillərində 7,7 bal gücündə zəlzələ olub.

TASS informasiya agentliyi xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin episentri adanın qərbində Lusea şəhərindən 125 kilometr şimal-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

“Reuters” agentliyinin məlumatına görə, Amerika sunami xəbərdarlığı mərkəzi Yamayka, Kuba və Kayman adalarının əhalisinə müvafiq təhlükə barədə xəbərdarlıq edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir