Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

Naxçıvanın taleyini həll edən Rusiya-Türkiyə müqaviləsinin imzalanması

User 20 İyun 2025 - 23:40 (Last updated: 20 İyun 2025 - 23:40)
moskva muqavile esas

Naxçıvanın taleyini həll edən Rusiya-Türkiyə müqaviləsinin imzalanması

1921-ci martın 16-da Türkiyə ilə Rusiya arasında Moskva müqaviləsi və ya “Dostluq və qardaşlıq haqqında” müqavilə imzalanıb.

AzPost bildirir ki, 1921-ci ildə imzalanmış müqavilənin imzalanma mərasimi ilə bağlı Rusiya Dövlət Arxivində saxlanılan kinoxronika kadrları ilk dəfə nümayiş etdirilib.

Qeyd edək ki, müqavilə 16 maddə və 3 əlavədən ibarətdir.

26 fevral 1921-ci ildə Sovet Rusiyası  ilə  Türkiyə arasında Moskva başlanan danışıqlarda  Sovet  Rusiyasını xarici işlər komissarı Çiçerin  və Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin üzvü  Cəlaləddin Qorxmazov, Türkiyəni xarici işlər naziri Yusif Kamal  başçılığı ilə Əli Fuad Cebesoy və doktor Riza Nurdan ibarət diplomatik nümayəndə heyəti təmsil edib.

Sazişin imzalanmasında Türkiyənin Rusiyadakı səfiri Əli Fuad Paşa və sovet Azərbaycanının Türkiyədə səlahiyyətli nümayəndəsi Behbud ağa Şahtaxtinski də iştirak edib.

Qeyd edək ki, Naxçıvanın Azərbaycanın tərkibində saxlanılması barədə razılıq ilk dəfə Moskva müqaviləsində əldə olunub. Müqavilənin  üçüncü   maddəsində Naxçıvanın Azərbaycanın   himayəsi  altında   muxtar  ərazi  kimi təşkil  olunması öz  əksini tapıb. Müqavilədə Naxçıvan Azərbaycanın ərazisi kimi təsdiqlənir və Türkiyə onun qarantı kimi çıxış edirdi.

Moskva müqaviləsinin müddəaları əsasında 1921-ci ilin oktyabrın 13-də Qars müqaviləsi (Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan) imzalanıb.

103 il bundan əvvəl imzalanma mərasimindən həmin tarixi anın kinokadrlarını təqdim edirik:

https://www.youtube.com/watch?v=M5uHSBk6k8g

AzPost.az

Post navigation

Previous: Ərdoğan və Paşinyan hansı məsələləri müzakirə edib? –
Next: Tramp İran tərəfi ilə danışdığını bəyan edib

Oxşar xəbərlər

rus liman
  • Katogriyasız

Rusiyanın ən böyük limanı PUA-larla vuruldu- Yanğın başladı, yaralılar var

User 11 Noyabr 2026 - 10:34
erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41

xƏBƏR

badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Badam arıqlamaq istəyənlər üçün ən faydalı çərəzlərdən biri hesab olunur. O, lif, zülal və faydalı yağlarla zəngindir,...
Read more about Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.