Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Məzahir Qasımov traktorları şəxsi torpaq sahələrində istifadə edir?

Orkhan Ali 21 İyun 2025 - 09:27 (Last updated: 21 İyun 2025 - 11:29)
berde11

13 saylı Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin (RMTM) rəhbəri Məzahir Qasımovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi barədə iddialar ortaya çıxıb.

Bu barədə Pravda.az-a daxil olan məlumatda bildirilib ki, 2024-cü ilin noyabr ayından 13 saylı Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinə təyin olunan Məzahir Qasımov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək meşə təsərrüfatını şəxsi əmlakı kimi idarə edir.

İddia edilir ki, RMTM-nin daxili xərclərinin (gələn qonaqların qarşılanması, təsərrüfat malları üçün) ödənilməsi üçün meşəbəyliklərdən  pullar yığılır.

Qeyd olunur ki, M.Qasımov 8 saylı Bərdə Regional Nəqliyyat İdarəsindəki nəqliyyat vasitələrini və traktorları öz şəxsi torpaq sahələrində istifadə edir. Nəqliyyat idarəsinin meşələrin suvarılmasında istifadə olunan sudartıcı nasosaları Məzahir Qasımovun şəxsi qadağalı sahələrinda istismar olunur. İddialarda xüsusilə vurğulanır ki, M.Qasımov texnikalardan daha rahat istifadə etmək üçün özünə yaxın şəxsi müvafiq idarəyə rəis təyin etdirməyə çalışır. Artıq Nazirliyə təqdimat verildiyi qeyd olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu məsələnin araşdırılmasında maraqlı olarsa, traktorlardakı GPS sisteminə baxış keçirərlər.

Pravda.az məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanlayıb. Nazirliyin Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov bildirib ki, 13 saylı Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyi ilə bağlı faktlara əsaslanmayan iddialar yolverilməzdir və reallığı əks etdirmir:

Ramik Esrefova yüksək vəzifə verildi

“Buna baxmayaraq məsələ nəzarətə götürülüb və iddialarla bağlı araşdırma aparılacaq”.

Mərkəzdən də Pravda.az-a verilən məlumatda iddiaların həqiqətəuyğun olmadığı qeyd olunub.

AzPost.az

Post navigation

Previous: Tanınmış jurnalist vəfat etdi – FOTO
Next: Azərbaycan peyk və aero təsvirlərin alınmasına 4 milyon manata yaxın vəsait xərcləyəcək

Oxşar xəbərlər

4d7fd4cb-d7b2-434c-b4ea-93924d3a0e7d
  • Aktual

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? – AÇIQLAMA

Orkhan Ali 18 Noyabr 2026 - 15:46
ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18

xƏBƏR

badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Badam arıqlamaq istəyənlər üçün ən faydalı çərəzlərdən biri hesab olunur. O, lif, zülal və faydalı yağlarla zəngindir,...
Read more about Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.