Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual
  • ÖZƏL

Gecikmiş borca görə kredit ala bilmirsiniz?

Orkhan Ali 25 İyun 2025 - 11:30 (Last updated: 25 İyun 2025 - 11:30)
Kredit

Kredit

Son dövrlər sosial şəbəkələrdə və bank sektorunda belə hallar artmaqdadır: insanlar ya öz razılığı ilə, ya da xəbərsiz şəkildə adlarına kredit götürülməsi, yaxud kiməsə kömək məqsədilə götürüb sonra ödəməyən şəxslərlə problem yaşayır.

AzPost bildirir ki, Nazlı Həsənova adlı vətəndaşın müraciətindən aydın olur ki, “Manato” və “Azpul” kimi kredit təşkilatları vasitəsilə onun adına borc rəsmiləşdirilib və ödəniş gecikməsi yaranıb. Nəticədə isə vətəndaş yeni bank krediti götürmək istəyərkən adında gecikmə olduğu üçün rədd cavabı alır.

Bəs bu halda vətəndaş nə etməlidir? Hüquq nə deyir?

Qanuna görə, kredit müqaviləsi yalnız həmin şəxs və ya onun notarial təsdiqli etibarnamə verdiyi nümayəndə tərəfindən bağlanmalıdır. Əgər şəxs kimsə üçün kredit götürüb, ödəməyəndə, bütün hüquqi və maliyyə məsuliyyəti onun üzərinə düşür. Qanunvericilikdə “yazığım gəldi” deyə maliyyə öhdəliyi götürmək anlayışı yoxdur.

Əgər siz xəbərsiz adınıza kredit rəsmiləşdirildiyini öyrənmisinizsə:

  • Dərhal həmin kredit təşkilatına rəsmi müraciət edin.

  • Müqavilə nümunəsini tələb edin.

  • Sizin imzanız və razılığınız olmadan sənəd tərtib edilibsə, prokurorluq və polis orqanına müraciət edib dələduzluq faktını bildirin.

Qanuna əsasən, istənilən kredit təşkilatı kredit tarixçəsini yoxlayır. Əgər sizin üzərinizdə kredit bürosunda gecikmə qeydi varsa, bu, avtomatik digər banklarda da görünür. Onu silmək üçün:

  • Borcun ödənilməsi şərtdir.

  • Borc ödənildikdən sonra 30 gün ərzində kredit bürosu məlumatı yeniləyir.

  • Çox zəruri halda və əsaslı müraciətlə borc bağlamaq üçün konsolidasiya krediti təklif edən banklara müraciət edə bilərsiniz.

Konsolidasiya krediti nədir?

Bu, bir neçə bank və ya təşkilatdakı borcları bir yerə toplayıb, tək banka yönəltmək və aylıq ödənişi daha münasib etmək üçün nəzərdə tutulub. Lakin qeyd etmək lazımdır ki, gecikmələri olan şəxslərə bu kredit hər bank tərəfindən verilmir. Yalnız yaxşı kredit tarixçəsi və ya girov təqdim etməklə əldə etmək mümkündür.

Başqasına kredit götürmək: Ağır riskdir

Bu, hüquqi cəhətdən risklidir və bütün məsuliyyət sizin üzərinizdə olur. Çünki kreditor üçün əsas müqaviləni imzalayan şəxsdir. Ödəniş edilmədikdə borc sizdən tələb ediləcək və gecikmə də sizin kredit tarixçənizə yazılacaq.

Vətəndaşlar bu cür hallarda diqqətli olmalı, heç bir halda emosional qərarla kiməsə görə kredit götürməməlidir. Əgər belə fakt baş veribsə, dərhal hüquq-mühafizə orqanlarına və kredit təşkilatına müraciət olunmalı, vəziyyət hüquqi çərçivədə həll edilməlidir.

AzPost.az

Post navigation

Previous: 120 uşaq qaçırıldı: Terrorçuların dəhşətli planı ortaya çıxdı
Next: Dörd polkovnikə general-mayor rütbəsi verildi

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.