ABŞ Prezidenti Donald Tramp 12 günlük müharibə vaxtı İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyini “alçaldıcı ölümdən” xilas etdiyini bildirib.
Tramp Xameneyinin yerini bilsə də, onu şəxsən ölümdən xilas etdiyini vurğulayıb.
Tramp Xameneyinin İsrail üzərində qələbə çalması ilə bağlı açıqlamalarından sonra İran üzərindən sanksiyaların qaldırılması üzərində işini dayandırdığını qeyd edib.