Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Quba kəndlərində meşələrin qorunması ilə bağlı tədbir keçirilib

User 03 İyul 2025 - 09:00 (Last updated: 03 İyul 2025 - 10:50)
m03

Füsünkar təbiətə malik olan Quba rayonu ölkəmizin şimal-şərqində, Quba-Xaçmaz iqtisadi rayonunun tərkibində yerləşir. Rayon Qafqazın şimal-şərqində yerləşir. Ərazisi əsasən dağlıq olmaqla, şimal-şərq kənarı Samur-Dəvəçi ovalığına çatır. Quba rayonu Respublikamızın ən çox meşə təsərrüfatına malik olan rayonlarından biridir. Cəlbedici təbiəti, ürəkaçan mənzərələri və qonaqpərvər camaatı sayəsində bu region dünyaya səs salıb.

“Mühit” Ekoloji Mühafizə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “COP29 Yaşıl gələcək naminə meşələri qoruyaq” layihəsinin fəaliyyət proqramına uyğun olaraq, iyul ayının 1 və 2-də Quba rayonunun Qımılqazma və Qəçrəş kəndlərində tədbir keçirmişdir.

Birliyin sədri Əzizağa Hünbətəliyev Quba rayonunun 53 min hektardan çox meşə fonduna malik olduğunu, üstəlik 115 min hektara yaxın meşə fondu olan Şahdağ Milli Parkının da əsas hissəsinin regionun ərazisinə düşdüyünü açıqlayaraq, flora və faunası baxımından zəngin olan bu yerlərin fərqli xüsusiyyətlərini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Əzizağa Hünbətəliyev ötən il Bakı şəhərində keçirilmiş COP29-un gündəliyi və dünya ekologiyası üçün bu nəhəng konfransın müsbət perspektivlərini qeyd etdi.

Fövqaladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin Maarifləndirmə Sektorunun baş məsləhətçisi Nair Dəmirov əhali arasında ekoloji maarifçilik fəaliyyətinin aparılmasının əhəmiyyətini, bu məqsədlə mütəmadi olaraq iş aparılmasının vacib olduğunu diqqətə çatdırdı.

Quba rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis mayoru Adgözəl Adgözəlov Quba rayonunun turizm zonası olduğundan, təbiət qoynunda istirahətə gələn insanların sayının çox olduğunu, baş verə biləcək hər hansı ekoloji qanun pozuntusunun qarşısını almaq üçün turizm obyektlərinə mütəmadi reydlər aparıldığını qeyd etdi.

Qəçrəş kənd İcra Nümayəndəsi Ələkbər İsmayılov və Qəçrəş bələdiyyə sədri Faiq Mirzəliyev meşələrin qorunması və baş verə biləcək yanğın təhlükəsi ilə bağlı kənd camaatı ilə fərdi şəkildə iş aparıldığını qeyd etdilər. Qəçrəş kənd ağsaqqalı Yavər Mərdiyev meşələrin mühafizə olunmasının həyati vacibliyini bildirdi. Layihənin ekspert hüquqşünası Aydın Kərimov meşələrin qanunsuz istismarı zamanı Cinayət və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini izah etdi. COP29 tədbirinin ölkəmizdə keçirilməsinin əhəmiyyətini vurğulayan ekspert dövlətimizin üzərinə götürdüyü ekoloji öhdəlikləri iştirakçıların diqqətinə çatdırdı. Sonda tədbir iştirakçıları Qəçrəş və Qımılqazma kəndlərinə məxsus meşə ərazilərinin hər birində iki ədəd xəbərdaredici lövhə bərkitdilər.

AzPost.az

Post navigation

Previous: Naməlum səma cismi Günəş sisteminə daxil olub
Next: Bu günə olan valyuta məzənnələri

Oxşar xəbərlər

erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
ilham erdoqan herbciler
  • Sosial

Azərbaycan və Türkiyə prezidentləri hərbi qulluqçularla görüşdü

User 08 Noyabr 2026 - 20:08

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.