Qəbələ Futbol Akademiyası fəaliyyətini dayandırıb.
AzPost bildirir ki, bu barədə Qəbələ Futbol Klubu açıqlama yayıb
Açıqlamada deyilir ki, bu qərar maliyyə çətinlikləri ilə bağlı verilib.
“2005-ci ildən etibarən fəaliyyət göstərən Qəbələ Futbol Akademiyası bu illər ərzində ölkəmizdə gənclər futbolunun inkişafına, bölgələrdə istedadların üzə çıxarılmasına və onların peşəkar futbol mühitinə inteqrasiyasına töhfə verib. Lakin təəssüf hissi ilə bildirmək istəyirik ki, hazırkı maliyyə çətinlikləri səbəbindən Qəbələ Futbol Akademiyasının fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılır. Ötən mövsümdən başlayan maliyyə problemlərini aradan qaldırmaq üçün apardığımız hərtərəfli fəaliyyət, ayrılan maddi yardımlar, bunlarla yanaşı əməkdaşlarımızın uzun müddətdir göstərdiyi fədakarlıq tam güclə fəaliyyət göstərməyə, təəssüf ki kifayət etmir. Bu qərar bizim üçün asan olmayıb”-deyə açıqlamada vurğulanıb.
Akademiya illər ərzində zəhmət göstərmiş bütün məşqçilərə, gənc futbolçulara təşəkkür edib.