Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya
  • ÖZƏL

Paris bir əsrlik qadağanı aradan qaldırdı

Orkhan Ali 07 İyul 2025 - 13:36 (Last updated: 07 İyul 2025 - 11:33)
Sena

Sena

Paris şəhər rəhbərliyi bir əsrdən sonra Sena çayını ictimai üzgüçülük üçün rəsmi şəkildə istifadəyə verib. Bu addım 1,4 milyard avro dəyərində böyük təmizləmə və infrastruktur layihəsindən sonra mümkün olub. Artıq hər gün minə yaxın sakin və turist çayın üç xüsusi hissəsində pulsuz şəkildə üzə biləcək.

AzPost xəbər verir ki, layihə çərçivəsində Parisin sanitariya sistemində ciddi dəyişikliklər edilib. İyirmi minə yaxın ev kanalizasiya şəbəkəsinə qoşulub, tullantıların birbaşa çaya axıdılması dayandırılıb. Eyni zamanda, yağış və çirkab sularının idarəsi üçün iyirmi Olimpiya hovuzu ölçüsündə nəhəng anbarlar tikilib. Suyun keyfiyyətini gündəlik monitorinq edən səhiyyə orqanları hər gün təhlükəsizlik barədə bayraq sistemi ilə məlumat verəcək.

“The Guardian” yazır ki, açılış mərasimində Paris meri Ann İdalqo Olimpiya Oyunlarına dəstək olaraq çaya tullanaraq layihənin rəmzi başlanğıcını verib. Keçən yay bəzi olimpiya məşqlərində suyun keyfiyyəti ilə bağlı narahatlıqlar olsa da, bu planlara olan inamı sarsıtmayıb.

Yeni çimmə zonaları Eyfel qülləsi, Notr-Dam Katedrali və Milli Kitabxana yaxınlığında yerləşir və əsasən ailələr və uşaqlar üçün nəzərdə tutulub. Ərazidə xilasedicilər, duşlar və geyim dəyişmə otaqları mövcuddur. Suların dayaz olması səbəbindən dalğıc qadağan edilib.

Parisdəki üç zonaya əlavə olaraq, yaxın gələcəkdə Sena və Marna çaylarında şəhərdən kənarda daha 14 üzgüçülük sahəsi istifadəyə veriləcək. İyunun əvvəlində Marnada iki belə zona artıq açılıb.

AzPost.az

Post navigation

Previous: Sabaha olan hava proqnozu
Next: Moskva ilə Bakı tərəfdaş və müttəfiq olaraq qalmalıdır –

Oxşar xəbərlər

zelenski
  • Dünya

Ukrayna, ABŞ və Avropa Berlin görüşünə hazırlaşır

User 16 Noyabr 2026 - 23:33
abs ordu
  • Dünya

ABŞ Avropada terror təhlükəsi ilə bağlı xəbərdarlıq etdi

User 16 Noyabr 2026 - 23:23
tramp
  • Dünya

“İran 9 min PUA atıb, cəmi ikisi hədəfə dəyib” – TRAMP

User 16 Noyabr 2026 - 20:17

xƏBƏR

memur33
  • Media

Azərbaycanda QHT-lər yenidən qeydiyyata alınacaq

User 17 Noyabr 2026 - 00:23
Azərbaycanda yerli QHT-lər və xarici QHT-lərin filial və ya nümayəndəlikləri qanunvericiliyə ediləcək dəyişikliklərlə əlaqədar yenidən dövlət qeydiyyatına...
Read more about Azərbaycanda QHT-lər yenidən qeydiyyata alınacaq
İlham Əliyev Milli Dirçəliş Günü münasibəti ilə paylaşım edib ilham dircelis
  • Siyasət

İlham Əliyev Milli Dirçəliş Günü münasibəti ilə paylaşım edib

User 17 Noyabr 2026 - 00:10
Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür lenin02
  • Baş Yazı

Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür

User 17 Noyabr 2026 - 00:06
Hikmət Hacıyev Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşüb hikmet qrono
  • Siyasət

Hikmət Hacıyev Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşüb

User 17 Noyabr 2026 - 00:04
Yaşlı insanlar niyə daha çox üşüyür? – araşdırma usutme
  • Maraqlı

Yaşlı insanlar niyə daha çox üşüyür? – araşdırma

User 16 Noyabr 2026 - 23:51
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.