Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı
  • Maraqlı
  • ÖZƏL

Bank kartının vaxtı bitəndə nə etməli?

Orkhan Ali 08 İyul 2025 - 10:22 (Last updated: 08 İyul 2025 - 10:23)
Bank kartı

Bank kartı

Bank kartlarının istifadə müddəti adətən beş ilə qədər müəyyən olunur və bu müddət başa çatdıqda kart avtomatik olaraq etibarsız sayılır. Lakin bir çox istifadəçi bu zaman sadəcə mövcud kartın müddətini uzatmaq istəsə də, əvəzində yeni kartın sifariş olunması ilə qarşılaşır.

AzPost xəbər verir ki, bu prosesin detalları ilə bağlı vətəndaş Hümbət Əlinin sosial şəbəkədə paylaşdığı təcrübə də bu məsələyə diqqəti cəlb edib.

O bildirib ki, Birbank cashback kartının müddəti bu ayın sonunda bitdiyi üçün istifadə müddətini uzatmaq istəyib. Tətbiqdə “kartın təkrar buraxılışı” bölməsinə keçid etsə də, əslində bu addım yeni kart sifarişi kimi qəbul olunub. Kartın 16 rəqəmli nömrəsi, CVV kodu və istifadə müddəti tamamilə dəyişib. İndi müştəri bank filialına yaxınlaşaraq fiziki kartı əldə etməli, həmçinin yeni PIN kod təyin etməlidir.

Birbank məsələyə aydınlıq gətirərək bildirib ki, müddəti bitən kartın yenilənməsi prosesi məhz yeni kartın buraxılması formasında həyata keçirilir. Bu zaman əvvəlki kartın nömrəsi və təhlükəsizlik məlumatları dəyişir. Yeni kart bankın filialında 90 gün müddətində müştərinin əldə etməsi üçün aktiv saxlanılır. Əgər bu müddət ərzində kart götürülməzsə, o sistem tərəfindən avtomatik olaraq ləğv edilir.

Ekspertlərin fikrincə, bu praktika həm təhlükəsizlik baxımından əhəmiyyətlidir, həm də bank sistemində kartların düzgün idarə olunmasını təmin edir. Belə ki, köhnə kartın rəqəmləri və məlumatları uzunmüddətli istifadə zamanı potensial risk daşıya bilər.

Kartın müddəti bitdikdə nə etməli?

  1. Bank tətbiqinə daxil olaraq kartın müddətini uzatmaq üçün “təkrar buraxılış” bölməsinə keçin.

  2. Bu zaman əslində yeni kart sifariş olunur və əvvəlki kart deaktivləşdirilir.

  3. Yeni kartın nömrəsi, CVV kodu və istifadə müddəti fərqli olacaq.

  4. Kartınızı filialdan şəxsiyyət vəsiqəsi ilə əldə edə bilərsiniz.

  5. Fiziki kart alındıqdan sonra PIN kodu yenidən təyin olunmalıdır.

  6. Yeni kart filiala göndərildikdən sonra 90 gün ərzində aktiv qalır.

Mütəxəssislər qeyd edir ki, kartın müddətinin sonuna az qalmış istifadəçilər bu prosesi vaxtında başlatmalıdırlar. Əks halda, kartın ləğvi və ya bank əməliyyatlarında gecikmələr baş verə bilər.

AzPost.az

Post navigation

Previous: Kəlbəcərdə hərbçilər qəzaya düşdülər: Yaralılar var
Next: “Azercell-ə keçdim, nömrəm zənglərə bağlandı”

Oxşar xəbərlər

ilham aliyev erdoqan beyanat
  • Baş Yazı

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN

User 08 Noyabr 2026 - 18:31
beyanat prez
  • Baş Yazı

Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün  Bəyanatı – CANLI

User 08 Noyabr 2026 - 15:36
ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO

User 08 Noyabr 2026 - 13:56

xƏBƏR

ilham aliyev erdoqan beyanat
  • Baş Yazı

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN

User 08 Noyabr 2026 - 18:31
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla...
Read more about Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN
Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı? erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.