Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Rusiyada bütün əcnəbilər, miqrantlar reyesterə salınır –

User 09 İyul 2025 - 20:27 (Last updated: 09 İyul 2025 - 20:27)
Putin

Putin

Rusiya prezidenti Putin 2026-cı ilin iyuluna qədər Rusiyada yaşayan əcnəbilərin qeydiyyatı üçün dövlət reyestrinin yaradılması ilə bağlı fərman verib.

AzPost bildirir ki, Sənəd normativ hüquqi aktların rəsmi portalında yerləşdirilib.

Vladimir Putin Daxili İşlər Nazirliyinə 2026-cı il iyunun 30-dək Rusiya ərazisində yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə ölkəyə daxil olan və gedənlər haqqında məlumatları özündə əks etdirən “Xarici vətəndaşın rəqəmsal profili”ni yaratmağı tapşırıb.

Prezidentin fərmanında qeyd edilir ki, belə bir informasiya resursunun yaradılmasında məqsəd “Rusiya Federasiyasında miqrasiya vəziyyətinin qiymətləndirilməsi, miqrasiya proseslərinin tənzimlənməsinə yönəlmiş tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi üçün tam, etibarlı və aktual məlumat formalaşdırmaq”dır.
Fərmanda deyilir ki, hökumətə FTX ilə birgə məlumat bazasında yer alacaq məlumatların siyahısını təsdiq etmək tapşırılıb. Əcnəbilər özləri haqqında məlumatları, o cümlədən dövlət xidmətləri portalı vasitəsilə təqdim edə biləcəklər.

İdarə və təşkilatlar rəqəmsal profilə daxil edilmək üçün miqrasiya qeydiyyatı məlumatları məlumatları ötürəcək; Bura Rusiyaya giriş və qalmaq üçün ərizələr, dövlət sərhədini keçmək haqqında, Rusiyada akkreditə olunmuş xarici diplomatik və konsulluq korpusunun (XİN) nümayəndələri haqqında məlumatlardaxildir. Daxili İşlər Nazirliyi həmçinin əcnəbilərin inzibati məsuliyyətə cəlb edilməsi və Rusiyaya girişə məhdudiyyətlərin olması barədə məlumat verəcək.

Mart ayında Daxili İşlər Nazirliyi 680 mindən çox əcnəbinin Rusiyanın nəzarət edilən şəxslərin reyestrinə daxil edildiyini açıqlamışdı.Bunlar artıq Rusiyada qalmaq üçün qanuni əsası olmayan şəxslərdir. Həmin şəxslər aprelin 30-dək leqallaşdırılmaq üçün sənədlərlə daxili işlər orqanlarına gəlməli idilər.

AzPost.az

Post navigation

Previous: Zurabişvili yerli seçkilərdə iştirakdan imtina etdi
Next: Tramp daha 6 ölkəyə 20-30 faiz arasında tarifləri uzadıb

Oxşar xəbərlər

dublin
  • Dünya

Dublində dünya liderlərinin olduğu məkanın yaxınlığında bomba tapıldı

User 14 Noyabr 2026 - 20:06
tramp cixis
  • Dünya

Tramp İranla müharibənin başa çatdığını bildirib

User 14 Noyabr 2026 - 18:39
paşinyan
  • Dünya

Paşinyan Ermənistanın 20 ildən sonra harada olacağını açıqladı

User 14 Noyabr 2026 - 09:49

xƏBƏR

pehriz qida
  • Maraqlı

Arıqlamaq istəyənlər axşam bu yeməyi yesin – Dietoloqdan ideal resept

User 14 Noyabr 2026 - 23:07
Arıqlamaq istəyən bir çox insan üçün axşam yeməyi əsl sınağa çevrilə bilər. Həm aclığı aradan qaldıran, həm...
Read more about Arıqlamaq istəyənlər axşam bu yeməyi yesin – Dietoloqdan ideal resept
“Bandotdel” Ramiz Mehdiyevin qızının vəkilini saxladı ramiz qizi
  • Sosial

“Bandotdel” Ramiz Mehdiyevin qızının vəkilini saxladı

User 14 Noyabr 2026 - 21:33
Dublində dünya liderlərinin olduğu məkanın yaxınlığında bomba tapıldı dublin
  • Dünya

Dublində dünya liderlərinin olduğu məkanın yaxınlığında bomba tapıldı

User 14 Noyabr 2026 - 20:06
Tramp İranla müharibənin başa çatdığını bildirib tramp cixis
  • Dünya

Tramp İranla müharibənin başa çatdığını bildirib

User 14 Noyabr 2026 - 18:39
Azərbaycanda iş tapmaq daha asan olan sahələr – Hansı peşələrə tələbat artır? is yeri
  • Baş Yazı

Azərbaycanda iş tapmaq daha asan olan sahələr – Hansı peşələrə tələbat artır?

User 14 Noyabr 2026 - 17:26
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.