“Qarabağ” Redon Cica ilə yollarını ayırıb

“Qarabağ” komandası futbolçusu Redon Cica ilə yollarını ayırıb.

Ağdam təmsilçisindən  verilən məlumata görə, oyunçu “SSPA Şabab Riadi Beluizdad” klubuna transfer olunub. 26 yaşlı albaniyalı hücumçu Əlcəzair klubu ilə müqavilə imzalayıb.

2023-cü ilin yanvarından “Qarabağ”ın formasını geyinən forvard 3 dəfə Azərbaycan çempionu adını qazanıb, 1 dəfə ölkə kubokunun qalibi olub. O, 73 oyunda 13 qol və 5 assistə imza atıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.