Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Azərbaycan balığı Avropa ölkələrinə ixrac olunacaq

User 26 İyul 2025 - 10:05 (Last updated: 25 İyul 2025 - 23:56)
baliq

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yerli qida məhsullarının beynəlxalq bazarlara, xüsusilə Avropa İttifaqı (Aİ) ölkələrinə çıxış imkanlarının genişləndirilməsi və ixrac potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi tənzimləmə və nəzarət tədbirlərini davam etdirir.

AQTA-dan  verilən məlumata görə, tədbirlər çərçivəsində akvakulturadan əldə olunan kürü məhsullarına dair illik Monitorinq Planlarının hər il mütəmadi olaraq uğurla icra edilməsi nəticəsində ölkəmizdən Avropa bazarlarına akvakulturada yetişdirilən nərəkimilərdən əldə olunan kürü məhsulunun ixrac icazəsi 2025-2026-cı illərdə də qüvvədə saxlanılır.

Eyni zamanda, Agentlik tərəfindən balıq məhsullarının da Aİ bazarlarına çıxış imkanlarının təmin edilməsi məqsədilə Monitorinq Planı hazırlanıb və Avropa Komissiyasının Səhiyyə və Qida Təhlükəsizliyi üzrə Baş Direktorluğuna təqdim edilib. Beləliklə, Avropanın müvafiq qurumu tərəfindən texniki qiymətləndirmə aparılaraq Azərbaycan balığının Aİ-yə ixracı məqsədi ilə hazırlanan Monitorinq Planı uyğun olduğu üçün qəbul edilib.

Qeyd edilib ki, Aİ ölkələrinə heyvan mənşəli qida məhsullarının ixracına icazə verilməsi üçün ölkələrin qida təhlükəsizliyi sistemi, eləcə də bu sahədəki qanunvericilik, habelə nəzarət və tənzimləmə tədbirləri Avropa qanunvericiliyinə uyğunlaşdırılmış olmalıdır. Azərbaycan bu istiqamətdə öhdəliklərini ardıcıl olaraq yerinə yetirir və beynəlxalq tərəfdaşlarla qarşılıqlı etimad əsasında əməkdaşlığı davam etdirir.

AzPost.az

Post navigation

Previous: Avropa İttifaqı yeni sərhəd nəzarəti qaydaları tətbiq edir
Next: “Kral Heydər Əliyevə dedi ki, “hər şey var, ancaq xoşbəxtlik yoxdur”-

Oxşar xəbərlər

neft
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

User 10 Noyabr 2026 - 10:47
trendyol
  • İqtisadiyyat

Trendyol Azərbaycanda nəyi dəyişdi? – 2 milyon müştəri və yeni bazar imkanları

User 09 Noyabr 2026 - 14:32
qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi

User 10 Noyabr 2026 - 20:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə...
Read more about Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi
İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi? pasinyan iran vitse prez
  • Dünya

İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?

User 10 Noyabr 2026 - 18:39
Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb photo_5445373109872566965_y
  • Dünya

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb

User 10 Noyabr 2026 - 18:02
Tanınmış aktyor Aslan Fətullayev vəfat edib aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.