Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Avtomobilini öz adına keçirmək istəyənlər nəyi bilməlidir? –

User 28 İyul 2025 - 13:22 (Last updated: 28 İyul 2025 - 01:01)
avtomobil xidmeti

Avtomobil alqı-satqısında rəsmi prosedurlara əməl etmək və qanunsuz ödənişlərdən uzaq olmaq hər bir vətəndaş üçün önəmlidir.

Bəs avtomobilin düzgün və təhlükəsiz şəkildə şəxsin adına keçirilməsi üçün nə etmək lazımdır?

AzPost bildirir ki, vəkil Turan Abdullazadə avtomobilin rəsmi qaydada, qanunsuz ödənişlərdən uzaq şəkildə şəxsin adına keçirilməsi üçün diqqət edilməli əsas məqamları açıqlayıb.

Onun sözlərinə görə, avtomobilin qiymətinin tam məbləği alqı-satqı müqaviləsində göstərilməli və həmin məbləğ rəsmi olaraq, qeydiyyat şöbəsinin daxilində yerləşən bank vasitəsilə satıcıya ödənilməlidir: “Məsələn, 35 min manatlıq maşın alarkən məhz həmin məbləğ müqavilədə əks olunmalı və bank vasitəsilə qarşı tərəfə çatdırılmalıdır. Əgər avtomobili qanunsuz ödənişsiz, rəsmi qaydada adınıza keçirmək istəyirsinizsə, məhz belə edilməlidir”.

Vəkil həmçinin qeyd edib ki, vətəndaşların əksəriyyəti avtomobil alqı-satqısını baş etibarnamə əsasında həyata keçirir və bəzən tam ödənişi təqdim etmədən razılığa gəlirlər. Bu isə onları qanunsuz tələblərin hədəfinə çevirir, nəticədə əlavə 600 manat məbləğdə rüsum tələb edilən hallarla rastlaşırlar.

T.Abdullzadə bildirib ki, baş etibarnamə ilə deyil, avtomobili addan-ada keçirmək lazımdır ki, gələcəkdə hər hansı problem yaranmasın. Baş etibarnamə əsasında alınan avtomobillərdə isə ikinci dəfə qeydiyyat zamanı müəyyən çətinliklər meydana çıxır, çünki alıcı artıq avtomobilin pulunu ödəyib, ancaq sənədləri rəsmi şəkildə öz adına almır.

Vəkil avtomobil alqı-satqısının ən düzgün və təhlükəsiz yolunun maşının mülkiyyətçisinin özü ilə birgə qeydiyyat şöbəsinə getmək, ödənişi bank vasitəsilə birbaşa satıcıya etmək və maşını adınıza rəsmiləşdirmək olduğunu vurğulayıb. Bu halda yalnız dövlət rüsumları və bank xidmət haqları ödənilir və əlavə qanunsuz xərclərdən qorunmaq mümkündür.

AzPost.az

Post navigation

Previous: “Çin Tayvana hücum etsə, Avstraliya ilə birgə döyüşəcəyik” –
Next: Təbriz-Bakı aviareysi açılıb

Oxşar xəbərlər

bina sokuntu
  • Sosial

Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO

User 10 Noyabr 2026 - 13:35
ilham aliyev
  • Sosial

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

User 10 Noyabr 2026 - 12:10
tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi

User 10 Noyabr 2026 - 20:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə...
Read more about Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi
İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi? pasinyan iran vitse prez
  • Dünya

İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?

User 10 Noyabr 2026 - 18:39
Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb photo_5445373109872566965_y
  • Dünya

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb

User 10 Noyabr 2026 - 18:02
Tanınmış aktyor Aslan Fətullayev vəfat edib aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.