Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

Gəncədə məcburi köçkünlərin Kəlbəcərə qayıdışı ilə bağlı tədbir keçirilib

User 31 İyul 2025 - 08:45 (Last updated: 31 İyul 2025 - 12:32)
sans01

“Şans” Regionlara Dəstək İctimai Birliyinin “Kəlbəcərə qayıdış prosesinin dəstəklənməsi” layihəsi çərçivəsində növbəti tədbiri Gəncədə keçirilib.

Azərbaycan Respublikasının QHT-yə Dövlət Dəstəyi Agentliyinin maliyyəsi ilə “Şans” Regionlara Dəstək İctimai Birliyinin “Kəlbəcərə qayıdış prosesinin dəstəklənməsi” layihəsi çərçivəsində növbəti tədbiri Gəncə şəhərində kəlbəcərlilərin məskunlaşdığı köçkün qəsəbəsində keçirilib. Qeyd edək ki, bu gün Azərbaycanın çox strateji mahiyyət kəsb edən bölgələrindən biri olan Kəlbəcər rayonuna qayıdış prosesində əhalinin məşğulluq məsələlərinə dəstək zərurət təşkil edir. 29 iyul 2025-ci il tarixində baş tutan tədbirdə keçmiş məcburi köçkün olan kəlbəcərlilər, müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, sahibkarlar və digər şəxslər iştirak edirdilər. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

“Şans” Regionlara Dəstək İctimai Birliyinin sədr müavini, şəhid Nəzər Əzizovun həyat yoldaşı Nərmin Əzizova tədbiri açaraq bildirdi ki, rayon ictimaiyyəti Kəlbəcərə qayıdışı böyük ümid və sevinclə gözləyir. Belə maarifləndirici tədbirlər əhalidə qayıdışla bağlı fikir formalaşmasına müsbət təsir edir. Daha sonra bir çox dövlət və QHT layihələrinin eksperti olan, təlimçi Elçin Poyliyev layihənin hədəf və prinsiplərinə uyğun olaraq təlimlərə başladı. O, işğaldan azad edilmiş digər bölgələrimiz kimi, Kəlbəcər rayonunda da quruculuq işləri davam etdiyini bildirərək bir çox zəruri məqamlara aydınlıq gətirdi. Bu rayona hansı sahələrə sərmayə qoyuluşunu, fərdi sahibkarlıqla məşğul olmaq istəyən şəxslərin əsas fəaliyyət istiqamətlərini açıqladı.

Təlimçi auditoriyanı maraqlandıran sualları cavablandıraraq Kəlbəcərin mövcud potensialı haqqında geniş məlumat verdi. Tədbir xatirə şəkilləri çəkdirməklə yekunlaşdı. Xatırladırıq ki, layihənin növbəti tədbirləri kəlbəcərlilərin sıx məskunlaşdığı Qəbələ rayonunda keçiriləcək.

AzPost.az

Post navigation

Previous: Britaniya lordları Fələstinin dövlət kimi tanınmasına qarşı çıxdı
Next: Müharibə veteranlarının hüquqi maarifləndirilməsi ilə bağlı tədbir keçirilib

Oxşar xəbərlər

erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41
sabah uefa
  • Katogriyasız

“Sabah” “Borussiya”ya məğlub oldu – Çempionlar Liqası

User 20 Oktyabr 2026 - 23:24

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi

User 10 Noyabr 2026 - 20:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə...
Read more about Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi
İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi? pasinyan iran vitse prez
  • Dünya

İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?

User 10 Noyabr 2026 - 18:39
Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb photo_5445373109872566965_y
  • Dünya

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb

User 10 Noyabr 2026 - 18:02
Tanınmış aktyor Aslan Fətullayev vəfat edib aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.