Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Putin Trampın 10 günlük ultimatumunu rədd edib –

User 01 Avqust 2025 - 16:47 (Last updated: 01 Avqust 2025 - 16:47)
Putin

Putin

“Bütün məyusluqlar həddindən artıq gözləntilərdən yaranır”.

AzPost bildirir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin ABŞ lideri Trampın bəyanatına münasibətində bildirib.

Qeyd edək ki, Tramp Putinin mövqeyindən məyus olduğunu deyib və iyulun 29-da Ukraynada atəşkəs üçün Rusiyaya verilən müddəti 10 günə endirdiyini bəyan edib.

“Kimsənin məyusluğuna gəlincə, bütün məyusluqlar həddən artıq gözləntilərdən yaranır. Bu, məlum ümumi qaydadır. Amma məsələyə sülh yolu ilə yanaşmaq üçün ətraflı söhbətlər aparmaq lazımdır. Həm də ictimaiyyət qarşısında deyil, sakit şəkildə, danışıqlar prosesində”, – deyə Putin bildirib.

Onun sözlərinə görə, məhz buna görə Rusiya tərəfi onlayn işləyə biləcək üç danışıqlar qrupunun yaradılmasını təklif edib. “Biz razılaşdıq ki, bu cür danışıqları kameradan kənarda, heç bir siyasi səs-küy olmadan, sakit şəkildə apara və kompromislər axtara bilərik. Onlar hələ işə başlamayıblar”, – deyə o bildirib.

Putin deyib ki, Rusiya danışıqları gözləyə bilər. Hazırkı danışıqları, Rusiya prezidentinin dediyi kimi, o, bütövlükdə müsbət qiymətləndirir.

Putinin sözlərinə görə, sülh prosesinin başlanması üçün səsləndirdiyi tələblər qüvvədə qalır: Ukrayna qoşunları “DNR”, “LNR”, Ukraynanın Xerson və Zaporojye vilayətlərinin ərazisindən tamamilə çıxarılmalıdır. Ukraynanın özü isə NATO-ya qoşulmamalı, bloklara daxil olmamalı və qeyri-nüvə statusunu möhkəmləndirməlidir.

“Bu mənada boş yerə bir itkimiz olmayıb”-deyə Putin bildirib.

“Əgər Ukrayna rəhbərliyi hesab edirsə ki, indi vaxt deyil və gözləmək lazımdır, biz gözləməyə hazırıq”, – Putin bildirib.

Beləliklə, Putin Trampın 10 günlük ultimatumunu rədd edib.

 

AzPost.az

Post navigation

Previous: İmişli rayonunda QİÇS, vərəm əleyhinə təbliğat aparılıb
Next: AFFA-ya yeni mətbuat katibi təyin olunub

Oxşar xəbərlər

dublin
  • Dünya

Dublində dünya liderlərinin olduğu məkanın yaxınlığında bomba tapıldı

User 14 Noyabr 2026 - 20:06
tramp cixis
  • Dünya

Tramp İranla müharibənin başa çatdığını bildirib

User 14 Noyabr 2026 - 18:39
paşinyan
  • Dünya

Paşinyan Ermənistanın 20 ildən sonra harada olacağını açıqladı

User 14 Noyabr 2026 - 09:49

xƏBƏR

pehriz qida
  • Maraqlı

Arıqlamaq istəyənlər axşam bu yeməyi yesin – Dietoloqdan ideal resept

User 14 Noyabr 2026 - 23:07
Arıqlamaq istəyən bir çox insan üçün axşam yeməyi əsl sınağa çevrilə bilər. Həm aclığı aradan qaldıran, həm...
Read more about Arıqlamaq istəyənlər axşam bu yeməyi yesin – Dietoloqdan ideal resept
“Bandotdel” Ramiz Mehdiyevin qızının vəkilini saxladı ramiz qizi
  • Sosial

“Bandotdel” Ramiz Mehdiyevin qızının vəkilini saxladı

User 14 Noyabr 2026 - 21:33
Dublində dünya liderlərinin olduğu məkanın yaxınlığında bomba tapıldı dublin
  • Dünya

Dublində dünya liderlərinin olduğu məkanın yaxınlığında bomba tapıldı

User 14 Noyabr 2026 - 20:06
Tramp İranla müharibənin başa çatdığını bildirib tramp cixis
  • Dünya

Tramp İranla müharibənin başa çatdığını bildirib

User 14 Noyabr 2026 - 18:39
Azərbaycanda iş tapmaq daha asan olan sahələr – Hansı peşələrə tələbat artır? is yeri
  • Baş Yazı

Azərbaycanda iş tapmaq daha asan olan sahələr – Hansı peşələrə tələbat artır?

User 14 Noyabr 2026 - 17:26
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.