Tramp hesab edir ki, Ukrayna münaqişəsi danışıqlar yolu ilə həll olunacaq

Tramp
Tramp

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Ukrayna münaqişəsinin həlli yalnız diplomatik yolla mümkündür.

Bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker NBC News-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ağ Evin rəhbəri açıq şəkildə bəyan edib ki, Ukraynadakı münaqişənin hərbi yolla həlli mümkün deyil.

“Tramp açıq şəkildə bildirib ki, Ukrayna münaqişəsi döyüş meydanında başa çatmayacaq”, – deyə Uitaker vurğulayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.