Ərdoğan Ukraynaya səfər edəcək

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfər edəcək. Hazırda rəsmi Kiyev bu səfərə hazırlaşır”.

APA-nın məlumatına görə, bunu “RBK-Ukrayna” portalına müsahibəsində bu ölkənin səfiri Nəriman Cəlal deyib.

O vurğulayıb ki, səfər Ukraynanın dövlət başçısı Volodimir Zelenskinin dəvəti ilə reallaşacaq:

“Tərəflər arasında onun reallaşmasına mane olan çoxsaylı məsələlər var. Ona görə də bu səfər əhəmiyyətli səylərin göstərilməsini tələb edir”.

Diplomat, eyni zamanda, səfərin əsas mövzusunun hər iki ölkə arasında azad ticarət haqqında razılaşmanın ratifikasiyası ola biləcəyini açıqlayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.