Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Masallıda bələdiyyə fəaliyyətinin genişləndirilməsi ilə bağlı tədbir keçirilib

User 05 Avqust 2025 - 09:55 (Last updated: 05 Avqust 2025 - 11:33)
be02

D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi tərəfindən, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Bələdiyyə fəaliyyətinin genişləndirilməsi” adlı layihənin növbəti tədbiri 2025-ci il 24 iyul tarixində Masallı rayonu, Masallı otelinin zalında keçirildi.

QHT.az xəbər verir ki, tədbirdə 18 nəfər iştirak etdi. İştirakçılar əsasən Masallı rayonunun bələdiyyə nümayəndələrindən ibarət idi. Təlimi Cəmiyyətin təlimçiləri Əntiqə Qurbanova və Nabat Qəniyeva apardılar.

Layihənin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur:

1-ci mərhələdə:

  1. Bələdiyyələrin fəaliyyətlərinin təkmilləşdirilməsi:
    • Bələdiyyə fəaliyyəti qanunvericilikdə və reallıqda;
    • Bələdiyyə-əhali və bələdiyyə-sahibkar münasibətlərinin inkişafı.
  2. Bələdiyyələrin maliyyə dayanıqlığına yardım göstərilməsi:
    • 2024-cü ildə Milli Məclisin “Qrantlar haqqında” qanuna etdiyi dəyişikliyi əsas tutaraq, bələdiyyələrə bu sahədə köməklik göstərilməsi;
    • Layihə təkliflərinin hazırlanması, real ideyaların layihələşdirilməsi, müsabiqə və tenderlərdə iştirak imkanlarının artırılması.

Tədbirdə planlaşdırılan mövzularla bağlı iştirakçılara geniş məlumat verildi, müzakirələr aparıldı. Bələdiyyə-əhali və bələdiyyə-sahibkar münasibətləri ilə bağlı mövzular iştirakçılar tərəfindən maraqla dinlənildi və fəal şəkildə müzakirə olundu.

İştirakçılara izah olundu ki, 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Qrantlar haqqında” qanuna edilən dəyişiklik Milli Məclis tərəfindən birinci oxunuşda qəbul edilib. Bu dəyişiklik bələdiyyələrin maliyyə dayanıqlığını artırmaq məqsədilə onların qrant ala bilmələrini nəzərdə tutur.

İştirakçıları işlərində və əhali ilə münasibətlərində narahat edən bəzi məsələlər də qeyd olundu:

  1. Bələdiyyələrin sahibkarlarla münasibət qurmasında çətinliklər var, çünki sahibkarlar bu münasibətlərə maraq göstərmirlər.
  2. Sahibkarlar kredit ala bilir və əhali ilə əlaqə qura bilirlər, çünki maliyyə imkanları mövcuddur.

Təklif:

  • Bələdiyyələrin nüfuzunu artırmaq məqsədilə bəzi vergilərin toplanmasının bələdiyyələrə həvalə olunması təklif edildi.

İştirakçılara həmçinin “Sosial xidmət haqqında” Qanun və Qanunun 26-cı maddəsində nəzərdə tutulmuş sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi qaydasını müəyyən edən Fərman barədə məlumat verildi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tətbiq olunan qeydiyyat və müraciət formaları barədə də məlumat təqdim olundu. İştirakçılara layihə təklifləri və hesabatların hazırlanması barədə ətraflı bilgilər verildi.

Tədbirin sonunda iştirakçılar kiçik qruplara bölündülər və sərbəst şəkildə istədikləri bir ideyanı layihələşdirmək tapşırıldı. Qrup üzvləri birlikdə çalışdılar və hər qrupdan bir nəfər ideyanın təqdimatını etdi.

Tədbir iştirakçıları üçün çay və şirniyyat süfrəsi təşkil olundu.

Sonda iştirakçılara ev tapşırığı verildi:
İstədikləri bir ideyanı layihə formasında (layihə təklifi və büdcə ilə birlikdə) hazırlayıb, layihənin ikinci mərhələsində təqdim etmək.

AzPost.az

Post navigation

Previous: Azərbaycan hərbçiləri Gürcüstanda keçirilən təlimlərdə iştirak edir
Next: ABŞ pulu kəsdi, BMT işçilərini ixtisar edir

Oxşar xəbərlər

qadinlarherbi
  • Sosial

Veteranların 80 manatlıq təqaüdü artırılacaqmı? – Nazirlikdən Azpost.info-ya rəsmi cavab

User 16 Noyabr 2026 - 17:05
bank
  • Sosial

500 manat əmanət gəlirinin 300 manatı vergiyə düşə bilər – Deputat açıqladı

User 16 Noyabr 2026 - 16:36
restoran yan
  • Sosial

Bakıda “Kişmiş” restoranı yanır – VİDEO

User 16 Noyabr 2026 - 15:31

xƏBƏR

qadinlarherbi
  • Sosial

Veteranların 80 manatlıq təqaüdü artırılacaqmı? – Nazirlikdən Azpost.info-ya rəsmi cavab

User 16 Noyabr 2026 - 17:05
2027-ci ildə Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulan altıncı sosial islahat paketi çərçivəsində müharibə veteranlarına ödənilən aylıq 80...
Read more about Veteranların 80 manatlıq təqaüdü artırılacaqmı? – Nazirlikdən Azpost.info-ya rəsmi cavab
500 manat əmanət gəlirinin 300 manatı vergiyə düşə bilər – Deputat açıqladı bank
  • Sosial

500 manat əmanət gəlirinin 300 manatı vergiyə düşə bilər – Deputat açıqladı

User 16 Noyabr 2026 - 16:36
Hörmüzdə yeni təhlükə: Tankerlər minaya düşür, neftin qiyməti necə dəyişəcək? hormuz
  • Dünya

Hörmüzdə yeni təhlükə: Tankerlər minaya düşür, neftin qiyməti necə dəyişəcək?

User 16 Noyabr 2026 - 16:14
Gürcüstan və Rusiya arasında ilk görüş keçiriləcək rus gurcu
  • Dünya

Gürcüstan və Rusiya arasında ilk görüş keçiriləcək

User 16 Noyabr 2026 - 16:02
Bakıda “Kişmiş” restoranı yanır – VİDEO restoran yan
  • Sosial

Bakıda “Kişmiş” restoranı yanır – VİDEO

User 16 Noyabr 2026 - 15:31
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.