Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Veteranların 80 manatlıq təqaüdü artırılacaqmı? – Nazirlikdən Azpost.info-ya rəsmi cavab

User 16 Noyabr 2026 - 17:05
qadinlarherbi

2027-ci ildə Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulan altıncı sosial islahat paketi çərçivəsində müharibə veteranlarına ödənilən aylıq 80 manatlıq Prezident təqaüdünün artırılıb-artırılmayacağı hələlik məlum deyil.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azpost.info-nun sorğusuna cavabında növbəti sosial islahat paketinin hazırlandığını təsdiqləsə də, veteranların təqaüdünün artırılması ilə bağlı konkret məlumat açıqlamayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, 2018-ci ildən həyata keçirilən beş sosial islahat paketi çərçivəsində sosial ödənişlər əhəmiyyətli dərəcədə artırılıb. Bu islahatların icrası üçün illik əlavə maliyyə vəsaiti 8 milyard manat təşkil edib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, sosial ödənişlərin artırılmasını nəzərdə tutan növbəti – altıncı sosial islahat paketi də hazırlanır.

Veteranların təqaüdü artım paketinə daxil ediləcəkmi?

Nazirliyin cavabında artımların hansı sosial ödəniş növlərinə aid olacağı və məbləğlərin imzalanacaq müvafiq qanunvericilik aktları ilə müəyyən ediləcəyi bildirilib. Lakin müharibə veteranlarının aylıq 80 manatlıq Prezident təqaüdünün bu paketə daxil edilib-edilməyəcəyi açıqlanmayıb.

Nazirlik veteranlara ödənilən aylıq təqaüdün kommunal, nəqliyyat və digər xərclər üçün nəzərdə tutulduğunu xatırladıb. Eyni zamanda, müharibə iştirakçılarının sosial təminatının yalnız pul ödənişləri ilə məhdudlaşmadığı, onların məşğulluğunun və kiçik biznesə çıxış imkanlarının artırılması istiqamətində də iş aparıldığı qeyd olunub.

Rəsmi məlumata görə, 44 günlük Vətən müharibəsindən sonra şəhid ailəsi üzvləri və müharibə iştirakçılarından ibarət 31 nəfərin məşğulluğuna dəstək göstərilib. Həmçinin 14 minə yaxın şəxs özünüməşğulluq proqramına cəlb edilərək onlar üçün kiçik bizneslər qurulub.

Nazirlik bildirib ki, müharibə iştirakçıları haqqı ödənilən ictimai işlərə, sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi və peşə hazırlığı proqramlarına növbədənkənar cəlb edilirlər.

80 manatlıq ödənişlə bağlı qərar gözlənilir

Xatırladaq ki, hazırda müharibə veteranlarına aylıq 80 manat Prezident təqaüdü ödənilir. Bu ödəniş əmək pensiyası deyil, ayrıca sosial təminat növüdür.

Azpost.info noyabrın 12-də dərc etdiyi yazıda altıncı sosial islahat paketi çərçivəsində veteranların təqaüdünün artırılması məsələsini gündəmə gətirmişdi. Həmin vaxtadək açıqlanan rəsmi məlumatlarda bu ödənişin artırılması ilə bağlı konkret qərar və ya məbləğ göstərilməmişdi.

Nazirliyin Azpost.info-ya göndərdiyi son cavabdan da aydın olur ki, 80 manatlıq təqaüdün gələn il artırılıb-artırılmayacağı barədə hələlik konkret qərar açıqlanmayıb. Məsələ ilə bağlı yekun mövqe müvafiq qanunvericilik aktları qəbul edildikdən sonra bəlli olacaq.

S. Abdulla

AzPost.az

Post navigation

Previous: 500 manat əmanət gəlirinin 300 manatı vergiyə düşə bilər – Deputat açıqladı

Oxşar xəbərlər

bank
  • Sosial

500 manat əmanət gəlirinin 300 manatı vergiyə düşə bilər – Deputat açıqladı

User 16 Noyabr 2026 - 16:36
restoran yan
  • Sosial

Bakıda “Kişmiş” restoranı yanır – VİDEO

User 16 Noyabr 2026 - 15:31
market
  • Sosial

Endirimlər bizi necə aldadır? – Alış-verişdə tətbiq edilən 5 psixoloji tələ

User 16 Noyabr 2026 - 14:59

xƏBƏR

qadinlarherbi
  • Sosial

Veteranların 80 manatlıq təqaüdü artırılacaqmı? – Nazirlikdən Azpost.info-ya rəsmi cavab

User 16 Noyabr 2026 - 17:05
2027-ci ildə Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulan altıncı sosial islahat paketi çərçivəsində müharibə veteranlarına ödənilən aylıq 80...
Read more about Veteranların 80 manatlıq təqaüdü artırılacaqmı? – Nazirlikdən Azpost.info-ya rəsmi cavab
500 manat əmanət gəlirinin 300 manatı vergiyə düşə bilər – Deputat açıqladı bank
  • Sosial

500 manat əmanət gəlirinin 300 manatı vergiyə düşə bilər – Deputat açıqladı

User 16 Noyabr 2026 - 16:36
Hörmüzdə yeni təhlükə: Tankerlər minaya düşür, neftin qiyməti necə dəyişəcək? hormuz
  • Dünya

Hörmüzdə yeni təhlükə: Tankerlər minaya düşür, neftin qiyməti necə dəyişəcək?

User 16 Noyabr 2026 - 16:14
Gürcüstan və Rusiya arasında ilk görüş keçiriləcək rus gurcu
  • Dünya

Gürcüstan və Rusiya arasında ilk görüş keçiriləcək

User 16 Noyabr 2026 - 16:02
Bakıda “Kişmiş” restoranı yanır – VİDEO restoran yan
  • Sosial

Bakıda “Kişmiş” restoranı yanır – VİDEO

User 16 Noyabr 2026 - 15:31
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.