Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Fukididin tələsi” –

User 05 Avqust 2025 - 14:07 (Last updated: 05 Avqust 2025 - 14:07)
muharibe
“Fukididin tələsi” termini 2017-ci ildə ABŞ politoloqu G. Allison tərəfindən işlədildi və populyarlaşdı. Qədim yunan tarixçisi Fukidid Afina ilə Sparta arasında baş vermiş Peloponnes müharibəsinin (e.ə. 5-ci əsr) səbəblərini izah etmək üçün bu termindən istifadə edib.
O, əsaslandırırdı ki, Afinanın yüksəlişi və güclənməsi Spartada qorxu yaradaraq müharibəni qaçılmaz etdi. 8 il əvvəl Çin lideri Si Cinp Pekin və Vaşinqton arasında münasibətlərdə “Fukidid tələsi”ndən yayınmağın zəruriliyi barədə açıqlama vermişdi.
8 ildə çox şey dəyişib və hazırda Rusiya-Ukrayna müharibəsinin nəticələri yenidən “Fukididin tələsi”ni gündəliyə gətirib. ABŞ Prezidenti Trampın qəti xəbərdarlığının Çin və Hindistanda qulaqardına vurulması, prezident Putinin müharibəni davam etdirmək qərarlılığı, NATO-nun güclənməsi, İsrail-İran müharibəsi, Təl-Əvivin aqresiv siyasətinə ara verməməsi bunu deməyə əsas verib.
Zamanında buraxılmış səhvlər elə şərtlərə səbəb olub ki, Rusiya, Çin, İran, İsrail, Hindistan, Ukryana, Britaniya, Avropa İttifaqı, Türkiyə tərəfindən mövcud münaqişlər və müharibələrlə əlaqədar hər hansı əhəmiyyətli güzəştə gedilməsi tam məğlubiyətə, təslimiyyətə yol açacaq amil kimi dəyərləndirilir. Bilavasitə və dolayısı ilə münaqişə və müharibə tərəfləri hər hansı güzəşti tam geri çəkilmək kimi dəyərləndirir və hesab edir ki, bu addım yaxın gələcəkdə straeteji məğlubiyyəti qaçılmaz edəcək.
Ukraynada hesab edirlər ki, indi Putinin şərtlərini qəbul etmək suverenylyin tam itirilməsi ilə nəticələnəcək. İranda da qəti mövqe var ki, nüvə məsələsində İsrailin şərtlərini qəbul etmək ölkənin müstəqil xarici siaysət yürütmək imkanından mərhrum edəcək və daxildə sitemi tam dəyişə bilər. Çin və Hindistan açıq bəyan edirlər ki, onların güzəşti ABŞ-ın hegemonluğunun güclənməsi demək olacaq və onlara qarşı təzyiqlər durmadan artacaq. Britaniya və Aİ-nin yanaşmasına görə, Moska qalib gəlsə yenidən Stalin siyasəti qayıdacaq və Avropa təhdid altınada qalacaq. Ruslar obrazlı ifadə etsək xərac alacaqlar. Ruslar isə hesab edirlər ki, qələbəyə qədər döyüşməsələr Qərb yaxın gələcəkdə asanlıqla Rusiyanı asılı vəziyyətə salacaq.
Çin üçün Rusiyanın məğlubiyyəti strateji təhdid yaranması deməkdir, Qərb tam gücünü Pekinə qarşı yönəldəcək. Rusiyanın qələbəsini isə Qərbdə Şərq blokunun güclənəcəyi və artıq onların diktə etmək imkanın yaranması kimi dəyərləndirirlər. Buna görə tərəflər esakalasiyanı artırırlar və hesab edirlər kİ, qarşı tərəf dözməyərək güzəştə gedəcək.
“Fukididin tələsi” belə yaranır. Bu isə III Dünya Müharibəsinə yol açır…

AzPost.az

Post navigation

Previous: Sabaha olan hava proqnozu
Next: Qubada təhlükəsiz virtual məkanla bağlı maarifləndirici tədbir keçirilib

Oxşar xəbərlər

sarigul
  • Dünya

Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı

User 26 Oktyabr 2026 - 23:53
putin pezeskian
  • Dünya

İran prezidenti Moskvaya gedib

User 26 Oktyabr 2026 - 23:50
putin
  • Dünya

Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir

User 26 Oktyabr 2026 - 23:06

xƏBƏR

sarigul
  • Dünya

Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı

User 26 Oktyabr 2026 - 23:53
Türkiyədə Azərbaycanın ölkəyə girişini qadağan etdiyi 31 nəfərdən biri olan “Köklü Değişim” jurnalının və media qrupunun İstanbul...
Read more about Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
İran prezidenti Moskvaya gedib putin pezeskian
  • Dünya

İran prezidenti Moskvaya gedib

User 26 Oktyabr 2026 - 23:50
Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı banan
  • Maraqlı

Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı

User 26 Oktyabr 2026 - 23:38
Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI et bazari
  • İqtisadiyyat

Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI

User 26 Oktyabr 2026 - 23:26
Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir putin
  • Dünya

Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir

User 26 Oktyabr 2026 - 23:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.