Ağ Ev Tramp, İlham Əliyev və Paşinyanın görüşünü təsdiqlədi

ABŞ prezidenti Donald Tramp bu cümə günü Azərbaycan və Ermənistan başçıları ilə ayrı-ayrılıqda görüşlər keçirəcək. Daha sonra Tramp-Əliyev-Paşinyan birgə bəyanatı gözlənilir.

AzPost bildirir ki, bu barədə Bloomberg Agentliyi Ağ Evin protokol sənədinə əsasən məlumat yayıb.

Sənədə əsasən, avqustun 8-də (cümə günü) Tramp Bakı vaxtı ilə saat 22:30-da Ermənistanın Baş naziri Nikol Paşinyanla, 23:20-də İlham Əliyevlə ikitərəfli görüşlər keçirəcək.

Ardınca olacaq Bakı vaxtı ilə saat 00:00-da hər iki liderin iştirakı ilə birgə bəyanat veriləcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.