İranda terror və casusluq ittihamı ilə iki nəfər asılaraq edam edilib.
AzPost Mehr Agentliyinə istinadən bildirir ki, Mehdi Əsgərzadə və Ruzbeh Vadi bu gün səhər edam edilib.
Mehdi Əsgərzadə İŞİD fəaliyyətlərində iştirakda və İran daxilində terror aktları hazırlamaqda təqsirli bilinib.
Ruzbeh Vadi İsrailin xeyrinə casusluqda ittiham edilib. İttihama görə, Vadi internet vasitəsilə İsrail kəşfiyyatı tərəfindən işə götürülüb və məxfi məlumatları ötürmək üçün rəsmi imkanından istifadə edib: Vadi İranın əsas məxfi təşkilatlarından birində işləyərkən Mossad-a öldürülən iranlı nüvə alimi haqqında məlumat verib.