Baş Dövlət Yol Polisi İdarəsi Şəmkirdə 7 nəfərin öldüyü ağır qəza ilə bağlı açıqlama yayıb.
Bu barədə BDYPİ-nin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, avqustun 7-də Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər həlak olub, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə “Mercedes Sprinter” markalı mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində baş verib.
Fakt üzrə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir. Hadisənin hansı səbəbdən baş verməsi müvafiq araşdırmalardan sonra müəyyən ediləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Qeyd edək ki, Şəmkirdə 7 nəfərin öldüyü ağır qəzaya səbəb sürücünün ürək tutması olub.
APA-nın yerli bürosunun məlumatına görə, sürücü Arif Bağırovun sükan arxasında ürək tutmasından dünyasını dəyişdiyi ehtimal olunur.
ağır qəzada ölənləri adları məlum olub.
Ölənlərin 4-ü kişi, 3-ü qadındır:
– 1992-ci il təvəllüdlü Şadət Bayramov,
– 1975-ci il təvəllüdlü Bəsti Nəbiyeva,
– 1977-ci il təvəllüdlü Aydın Pənahov,
– 1962-ci il təvəllüdlü Qızxanım Tomayeva,
– 2008-ci il təvəllüdlü Kənan Məmmədov,
– 1978-ci il təvəllüdlü Fəxriyyə Novruzova
– 1966-ci il təvəllüdlü Arif Bağırov.