Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Masallıda bələdiyyə fəaliyyəti ilə bağlı tədbir keçirilib

User 07 Avqust 2025 - 21:30 (Last updated: 08 Avqust 2025 - 00:51)
be06

D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Bələdiyyə fəaliyyətinin genişləndirilməsi” adlı layihənin ikinci mərhələsinin ilk tədbiri 2025-ci il 2 avqust tarixində Masallı rayonu, “Masallı” otelinin konfrans zalında keçirilib.

Tədbirdə əsasən Masallı rayonunun bələdiyyə nümayəndələrindən ibarət 20 nəfər iştirakçı iştirak edib. Təlimi cəmiyyətin təlimçiləri Əntiqə Qurbanova və Nabat Qəniyeva aparıblar.

Layihənin ikinci mərhələsi, birinci mərhələnin qısa xülasəsi və iştirakçıların iştirakı ilə müzakirə olunması ilə başlayıb. Daha sonra birinci mərhələnin sonunda verilmiş ev tapşırıqlarının təqdimatı keçirilib. Üç layihənin təqdimatı qrup üzvləri tərəfindən müsbət qarşılanıb.

Təlimçi Əntiqə Qurbanova aşağıdakı mövzular üzrə geniş məlumat verib:

  • Sosial problemlərin həllinə əhalinin cəlb edilməsi;
  • İnsan haqlarının, xüsusən qadın haqlarının müdafiəsində bələdiyyələrin rolunun artırılması;
  • Qadınlara pozulmuş hüquqların müdafiəsində bələdiyyələrin göstərə biləcəyi kömək.

Sonra iştirakçılar mövzu ətrafında geniş müzakirələr aparıblar və bu sahədə öz təcrübələrini bölüşüblər. Təlim zamanı qadın bələdiyyə sədrlərinə bələdiyyələrdə qadın otaqlarının yaradılması tövsiyə olunub. Onlara məişət zorakılığı qurbanlarına necə dəstək verilə biləcəyi barədə də məlumat təqdim edilib.

İştirakçılara izah edilib ki, Azərbaycan Respublikasının “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunu, məişət zorakılığının qarşısının alınması, zorakılıqdan zərərçəkmiş şəxslərin müdafiəsi və zorakılıq törədənlərin məsuliyyətə cəlb olunması üçün hüquqi baza yaradır. Bu qanun məişət zorakılığının fiziki, psixoloji, cinsi və iqtisadi formalarını əhatə edir və ailə üzvlərini, o cümlədən uşaqları qoruyur.

Tədbirin davamında “Donorlar niyə sizə maliyyə vəsaiti verməlidir?” sualı əsasında kiçik qruplarla iş təşkil olunub. İştirakçılar dörd qrupa bölünüblər. Hər qrup bələdiyyə nümayəndələri, fond təmsilçiləri və yerli sahibkarlardan ibarət olub.

Təlimçi iştirakçılara izah verib:
“Hər qrupun üzvləri birgə müzakirə aparacaq. Bələdiyyə üzvləri fond rəhbərliyi ilə necə əlaqə qurmalı, onları öz ideyalarına necə inandırmalı və bu ideyaları necə təqdim etməlidirlər?”

Qrup üzvləri birlikdə işləyiblər və hər qrupdan bir nəfər bələdiyyə nümayəndəsi ilə sahibkar və ya fond rəhbəri birlikdə təqdimat ediblər.

Tədbir zamanı iştirakçılar üçün çay və şirniyyat süfrəsi təşkil olunub.

AzPost.az

Post navigation

Previous: Ursula fon der Leyen Zelenski ilə sülh sazişini müzakirə edib
Next: “Araz-Naxçıvan” böyük hesabla məğlub olub

Oxşar xəbərlər

hava
  • Sosial

Sabah 20 dərəcə isti olacaq

User 12 Noyabr 2026 - 14:17
pul
  • Sosial

10 ayda icmal büdcənin gəlirləri 42 mlrd. manata yaxınlaşıb

User 12 Noyabr 2026 - 14:13
market
  • Sosial

Mağaza aldığınız malı geri götürmür? – Bu imtinası nə vaxt qanunsuzdur

User 12 Noyabr 2026 - 10:55

xƏBƏR

ilham sandu
  • Siyasət

Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb

User 12 Noyabr 2026 - 17:12
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində Moldova Respublikasının...
Read more about Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
Maya Sandu: Moldova Azərbaycanla enerji əməkdaşlığında maraqlıdır maya sandu
  • Siyasət

Maya Sandu: Moldova Azərbaycanla enerji əməkdaşlığında maraqlıdır

User 12 Noyabr 2026 - 15:23
Prezident “Avropa Siyasi Birliyi”nin keçirildiyi Konqres Mərkəzinə gəlib prezident
  • Siyasət

Prezident “Avropa Siyasi Birliyi”nin keçirildiyi Konqres Mərkəzinə gəlib

User 12 Noyabr 2026 - 15:21
“Azərbaycan Bolqarıstana daha çox qaz tədarük edə bilsə…” – Rumen Radev rumen radev
  • Siyasət

“Azərbaycan Bolqarıstana daha çox qaz tədarük edə bilsə…” – Rumen Radev

User 12 Noyabr 2026 - 15:19
Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşdü görüş
  • Siyasət

Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşdü

User 12 Noyabr 2026 - 15:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.