Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Rusiya Ukraynada SOCAR-ın obyektlərini vurarsa….-

User 10 Avqust 2025 - 19:02 (Last updated: 10 Avqust 2025 - 19:02)
ukr qaz azeri

Bu gün Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski arasında telefon danışığı olub.

Söhbət zamanı Rusiya ordusunun Azərbaycan qazının keçdiyi Ukraynanın qaz infrastrukturuna, eləcə də SOCAR-ın Odessadakı neft bazasına zərbə endirməsi məsələsi müzakirə olunub. Ölkə liderləri Rusiya silahlı qüvvələrinin hərəkətlərindən hiddətləndiklərini bildiriblər.

AzPost bildirir ki, Calibr.az-ın mötəbər mənbələrdən əldə etdiyi məlumata görə, əgər Rusiya Azərbaycanın maraqları istiqamətində təcavüzkar siyasətini davam etdirsə, o zaman rəsmi Bakı Ukraynaya onun arsenalında olan silah-sursat tədarükünə qoyulmuş embarqonun ləğvi məsələsinə baxmağa başlayacaq.

Qeyd edək ki, Rusiya silahlı qüvvələri Azərbaycanın Ukrayna ərazisindəki enerji obyektlərinə ardıcıl zərbələr endirməyə başlayıb. Bu vəziyyət Bakını cavab tədbirləri görməyə vadar edir. Bütün bunlar istər-istəməz ikitərəfli münasibətlərdə daha da dərin böhrana gətirib çıxaracaq.

Xatırladaq ki, 2025-ci il avqustun 7-dən 8-nə keçən gecə rus qoşunları Azərbaycanın SOCAR şirkətinin Ukraynanın Odessa vilayətindəki neft bazasına hücum edib. Rusiya SOCAR-ın neft anbarına beş “Shahed” hücum pilotsuz təyyarəsi göndərib, nəticədə yanğın baş verib və dizel boru kəmərinə ziyan vurub. Şirkətin 4 əməkdaşı ağır yaralanıb. Bu, Ukraynada Azərbaycanla əlaqəli obyektlərə son həftələrdə ikinci hücumdur. Bundan əvvəl iyunun 28-də Azərbaycan qazının Ukraynaya axmağa başladığı Trans-Balkan qaz kəmərinin əsas hissəsi olan Orlovka yaxınlığındakı qazpaylayıcı stansiyaya hücum edilib.

AzPost.az

Post navigation

Previous: İlham Əliyev Pakistanın Baş nazirinə zəng edib
Next: İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə zəng edib

Oxşar xəbərlər

gunes stansiyasi
  • Baş Yazı

Azərbaycanda günəş enerjisi Stansiyası özünü doğrulda bilib? – 262 milyon dollar və 3illik nəticə / TƏHLİL

User 26 Oktyabr 2026 - 16:12
aile xerc
  • Baş Yazı

Azərbaycanda bir uşağın aylıq xərci nə qədərdir? – Ailələrin büdcəsi hesablandı

User 26 Oktyabr 2026 - 15:47
tikinti
  • Baş Yazı

Tikinti layihələrinə nəzarət gücləndirilir – Yeni komissiya yaradıldı / SƏRƏNCAM

User 26 Oktyabr 2026 - 13:01

xƏBƏR

sarigul
  • Dünya

Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı

User 26 Oktyabr 2026 - 23:53
Türkiyədə Azərbaycanın ölkəyə girişini qadağan etdiyi 31 nəfərdən biri olan “Köklü Değişim” jurnalının və media qrupunun İstanbul...
Read more about Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
İran prezidenti Moskvaya gedib putin pezeskian
  • Dünya

İran prezidenti Moskvaya gedib

User 26 Oktyabr 2026 - 23:50
Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı banan
  • Maraqlı

Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı

User 26 Oktyabr 2026 - 23:38
Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI et bazari
  • İqtisadiyyat

Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI

User 26 Oktyabr 2026 - 23:26
Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir putin
  • Dünya

Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir

User 26 Oktyabr 2026 - 23:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.