Rusiya və ABŞ prezidentləri arasında danışıqlar başlamazdan əvvəl Macarıstandan başqa bütün Aİ ölkələri Ukraynaya dəstəyini ifadə ediblər.
AzPost bildirir ki, Avropa Komissiyasının saytında yerləşdirilən Aİ-nin 26 dövlətinin bəyanatına görə, Ukrayna xalqı öz gələcəyini müəyyən etməli, münaqişənin diplomatik yolla həllində isə Ukrayna və Avropa ölkələrinin maraqları nəzərə alınmalıdır.
Avropa liderlərinin Donald Trampın Rusiya-Ukrayna münaqişəsinə son qoymaq səylərini müsbət qiymətləndirdikləri, lakin “beynəlxalq sərhədlərin güc yolu ilə dəyişdirilməsinin qəbuledilməz olduğunu” vurğulanır.
Sənəddə deyilir: “Ukraynada sülh Ukraynanın özünün iştirakı olmadan mümkün deyil. Məhsuldar danışıqlar yalnız atəşkəs və ya hərbi əməliyyatların intensivliyinin azaldılması ilə realdır”.
Macarıstan bəyanata qoşulmayıb.
Macarıstanın baş naziri Viktor Orban bəyannaməni imzalamadığını Aİ-nin bu danışıqlarda iştiraka dəvət edilməməsi ilə izah edib.