Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45 (Last updated: 07 Noyabr 2026 - 19:45)
pehlevi iran sah

İranın sonuncu şahının oğlu Rza Pəhləvi “Azadlıq” mükafatına layiq görülüb. Mükafatın əslində “İran xalqı”na verildiyi bildirilir.

Bu barədə AFP məlumat yayıb.

Mükafatın təqdimetmə mərasimi şənbə günü Frankfurt-Maynda keçirilib. Tədbir Pəhləviyə mükafat verilməsi qərarına qarşı etiraz aksiyaları ilə müşayiət olunub.

Mükafatı Almaniyanın Azad Demokratik Partiyasına (FDP) yaxınlığı ilə tanınan Fridrix Nauman Fondu təqdim edib.

Müqəddəs Pavel kilsəsində keçirilən mərasimdə çıxış edən Pəhləvi bildirib ki, iranlıların demokratiya dərslərinə ehtiyacı yoxdur, lakin onlar öz demokratik hüquqlarını həyata keçirmək imkanından məhrumdurlar. Onun çıxışı alqışlarla qarşılanıb.

Siyasətçinin minlərlə tərəfdarı binanın qarşısına toplaşıb. Onların çoxu İranda monarxiya dövründə istifadə olunan bayraqları dalğalandırıb.

Bununla belə, mükafatın təqdim edilməsi qərarı tənqidlərə səbəb olub. Almaniya Sosial-Demokrat Partiyasının və “Yaşıllar” partiyasının yerli bölmələri tədbiri boykot edərək Pəhləvinin İran xalqının qanuni nümayəndəsi hesab edilə bilməyəcəyini bildiriblər.

Onun atası Məhəmməd Rza Pəhləvi 1979-cu il inqilabı nəticəsində hakimiyyətdən devrilib. Həmin inqilabdan sonra İranda islam ruhanilərinin hakimiyyəti qurulub.

Rza Pəhləvinin tənqidçiləri onun İsraili dəstəkləməsinə və atasının avtoritar hakimiyyətindən kifayət qədər uzaqlaşmamasına da diqqət çəkirlər.

Pəhləvinin özü isə bildirib ki, mükafatı yalnız müvəqqəti olaraq qəbul edir. O, bunu İranda demokratik yolla seçilmiş hökumət formalaşana qədər saxlayacağını deyib.

Onun sözlərinə görə, bir gün mükafatı Tehranda onun “qanuni sahiblərinə” təhvil vermək niyyətindədir.

AzPost.az

Post navigation

Previous: İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

Oxşar xəbərlər

Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
Hakan Fidan
  • Dünya

Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama

User 07 Noyabr 2026 - 16:50
rus ukr bayraq
  • Dünya

Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var?

User 07 Noyabr 2026 - 15:04

xƏBƏR

pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İranın sonuncu şahının oğlu Rza Pəhləvi “Azadlıq” mükafatına layiq görülüb. Mükafatın əslində “İran xalqı”na verildiyi bildirilir. Bu...
Read more about Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib ilham aliyev
  • Baş Yazı

Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

User 07 Noyabr 2026 - 18:15
Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama Hakan Fidan
  • Dünya

Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama

User 07 Noyabr 2026 - 16:50
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.