Çində robot 100 metr qaçışda yeni dünya rekordu vurub

Çinin şərqindəki Çjetzyang Universitetinin mühəndisləri bildiriblər ki, onların “Ağ kərgədan” adlı dördayaqlı robotu 100 metr məsafəyə qaçışda yeni rekord qırıb. 

Robot bu məsafəni 16,33 saniyəyə qət edib. Bundan əvvəl Cənubi Koreya robotu “Hound” 100 metr məsafəni 19,87 saniyəyə qət etmişdi.

İnsanlar arasında 100 metr məsafəyə qaçışda hazırkı dünya rekordu 9,58 saniyədir və o, 2009-cu ildə Berlində Useyn Bolt tərəfindən əldə edilib.

Rekord Çjetzyan əyalətinin paytaxtı Xançjouda sınaq meydançasında qeydə alınıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.