Oynaqlardakı ağrıların hava şəraitinin dəyişməsi ilə əlaqəli olması nəzəriyyəsini təsdiqləyən elmi sübutlar hələlik yoxdur.
Neyrofizioloq Elmira Drozd Rusiyanın “Birinci Kanalı”nın “Sabahınız xeyir” proqramında belə deyib. Bu barədə 1tv.ru məlumat yayıb.
Mütəxəssisin sözlərinə görə, yaşlı insanlarda oynaq ağrıları yaşla bağlı ola bilər. Lakin onlar bu ağrıları hava şəraitinin dəyişməsi ilə əlaqələndirirlər. “Adətən yaşlı qadınların oynaqları elə yaşla əlaqədar ağrıyır və onlar bunu hava şəraiti ilə əlaqələndirirlər”, – deyə Drozd bildirib.
Həkim özünü meteohəssas hesab edən insanlarda qan təzyiqinin dəyişməsinin də orqanizmin daxili sistemlərinin reaksiyası ilə bağlı olduğunu qeyd edib. Onun sözlərinə görə, bu proseslərə hipotalamus nəzarət edir. Orqanizm temperaturun, atmosfer təzyiqinin və gün işığının davametmə müddətinin dəyişməsinə reaksiya verir.
