Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Tramp Zelenski ilə danışdı, Avropa liderləri qoşuldu –

User 16 Avqust 2025 - 11:45 (Last updated: 16 Avqust 2025 - 11:49)
zelenski01

ABŞ və Ukrayna prezidentləri telefonla danışıb.

AzPost bildirir ki, bu barədə Ukrayna prezidenti Zelenski paylaşımında bəyan edib.

“Prezident Donald Trampla uzun və mənalı söhbətimiz oldu. Biz təkbətək danışıdıq, sonra Avropa liderlərini bizə qoşulmağa dəvət etdik. Bu söhbət bir saat yarımdan çox davam etdi, o cümlədən prezident Trampla ikitərəfli söhbətimiz təxminən bir saat çəkdi”-deyə Zelenski bildirib.

O bəyan edib ki, Ukrayna sülhə nail olmaq üçün hər cür səy göstərməyə hazır olduğunu bir daha təsdiqləyir: “Prezident Tramp Rusiya lideri ilə görüşü və onların müzakirəsinin əsas məqamları barədə bizə məlumat verdi. Amerikanın gücü vəziyyətin inkişafına təsir etməsi üçün vacibdir. Biz prezident Trampın Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüş təklifini dəstəkləyirik. Ukrayna vurğulayır ki, əsas məsələləri liderlər səviyyəsində müzakirə etmək olar və üçtərəfli format buna uyğundur”.

Zelenski bazar ertəsi ABŞ-a səfər edəcək: “Bazar ertəsi mən Vaşinqtonda prezident Trampla görüşərək qətlin və müharibənin dayandırılması ilə bağlı bütün detalları müzakirə edəcəyəm. Mən dəvətə görə minnətdaram”.

“Amerika ilə birlikdə etibarlı təhlükəsizlik təminatlarını təmin etmək üçün avropalıların hər mərhələdə iştirak etməsi vacibdir. Biz həmçinin Ukraynanın təhlükəsizliyinin təmin edilməsində iştirakla bağlı Amerika tərəfinin müsbət siqnallarını müzakirə etdik. Biz bütün tərəfdaşlarla mövqelərimizi əlaqələndirməyə davam edirik”.-deyə Zelenski vurğulayıb.

AzPost.az

Post navigation

Previous: Yaxşı maaş üçün hansı ixtisasları seçmək lazımdır?
Next: “Sülhün pozulması regionumuza ciddi fəsadlar gətirib” –

Oxşar xəbərlər

ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO

User 08 Noyabr 2026 - 13:56
ilham muraciet
  • Baş Yazı

Prezident İlham Əliyev Zəfər günü münasibətilə xalqı təbrik etdi – TAM MƏTN

User 08 Noyabr 2026 - 12:31
abs gemi irana
  • Baş Yazı

ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı

User 08 Noyabr 2026 - 00:25

xƏBƏR

dava boks
  • İdman

İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO

User 08 Noyabr 2026 - 15:14
Fransanı təmsil edən azərbaycanlı boksçu Murad Əliyev İstanbulda keçirilən peşəkar boks qarşılaşmasında türkiyəli Ümit Çamkırana qalib gəlib....
Read more about İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO
Ərdoğandan Zəfər Günü paylaşımı – “Dost və qardaş Azərbaycanın…” erdoqan zefer paylasim
  • Siyasət

Ərdoğandan Zəfər Günü paylaşımı – “Dost və qardaş Azərbaycanın…”

User 08 Noyabr 2026 - 15:01
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM ilham erdoqan
  • Siyasət

Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM

User 08 Noyabr 2026 - 14:05
Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO

User 08 Noyabr 2026 - 13:56
“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb zefer video
  • Siyasət

“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb

User 08 Noyabr 2026 - 13:52
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.