Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik paylaşımı edib.
Türkiyə lideri sosial şəbəkə hesabında paylaşdığı müraciətdə Qarabağın 30 illik işğaldan azad edilməsinin altıncı ildönümünü və Azərbaycanın Zəfər Gününü təbrik edib.
“Qarabağın 30 illik işğaldan azad edilməsinin 6-cı ildönümünü, dost və qardaş Azərbaycanımızın Zəfər Gününü ən səmimi duyğularımla təbrik edirəm”, – deyə Ərdoğan bildirib.
Türkiyə Prezidenti bu qələbənin qazanılması uğrunda canından keçən şəhidlərin xatirəsini də ehtiramla yad edib.
“Bu böyük qələbəni qanı və canı ilə gerçəkləşdirən, Vətən uğrunda torpağa düşən bütün şəhidlərimizi rəhmətlə yad edirəm”, – deyə o, paylaşımında qeyd edib.
