Dünyanın ən mərhəmətli məhkəmə hakimi vəfat edib-FOTO

Məhkəmə zalında nümayiş etdirdiyi mərhəməti ilə fenomen olan amerikalı hakim Frenk Kaprio 88 yaşında vəfat edib.
O, uzunsürən mədəaltı vəzi xərçəngindən sonra dünyasını dəyişib.
Qeyd edək ki, Kaprio insanlara qarşı xeyirxahlığı və anlayışı ilə məşhurlaşdığı üçün ona “dünyanın ən ədalətli hakimi” kimi xitab edilirdi.
O, hətta maddi cəhətdən çətinlik çəkən insanlar üçün ödəniş planları hazırlayıb.
Əlavə edək ki, hakimin adı xeyirxah əməllərinə görə Providens məhkəmə binasına verilib. FOX TV-də yayımlanan “Caught in Providence” proqramı populyarlığının zirvəsi olub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.