Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Müharibə veteranlarının hüquqi maarifləndirməsi ilə bağlı tədbir keçirilib

User 21 Avqust 2025 - 07:00 (Last updated: 21 Avqust 2025 - 10:41)
mu02

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Astara rayonunda “Müharibə veteranlarının hüquqi maarifləndirməsi” adlı layihə tədbiri keçirib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) təşkilatçılığı ilə Astara rayonunda “Müharibə veteranlarının hüquqi maarifləndirilməsi” adlı layihə üzrə tədbir keçirilib.

Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər.

Astara rayonunda keçirilən tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədrinin birinci müavini, layihə rəhbəri Vahid Abdurəhmanov, Nəzarət-təftiş komissiyasının sədri Niyazi Quliyev, Birliyin Nərimanov rayon şöbəsinin sədri Fəqan Nəsibzadə, Astara rayon şöbəsinin sədri Əmir Abıyev, Astara rayon İcra hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Həsənzadə Turan, Astara rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Nihad Allahverdiyev və rayon veteranları iştirak iştirak etmişdir.

Astara rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Həsənzadə Turan çıxış edərək bildirdi ki müharibə veteranları və şəhid ailələrinin qarşılaşdıqları problemləri rayon rəhbərliyi qisa zamanda həll edir. Rayonumuzda həssas təbəqədən olan insanlar hər zaman diqqət məkəzindədir.

Layihə rəhbəri V.Abdurəhmanov iştirakçılara layihə haqqında məlumat verərək bildirdi ki, layihənin məqsədi torpaqlarımızın ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı mərdliklə döyüşmüş I və II Qarabağ müharibəsində iştirak etmiş veteranların hüquqi maarifləndiriməsi, onların yerlərdə üzləşdikləri sosial problemlər və onların həlli yollarının araşdırılması, eləcə də layihə çərçivəsində ehtiyacı olan müharibə veteranlarına hüquqi yardımlar göstərmək və onlara dəstək olmaqdan ibarətdir.

Layihə rəhbəri V.Abdurəhmanov bu şəraiti yaratdıqlarına görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Astara rayon İcra Hakimiyyəti rəhbərliyinə öz minnətdarlığını çatdırdı. Problemlərin həllində İctimai Birlik kimi hər bir veteranın yanında olacaqlarını qeyd etdi. Bu cür tədbirlər Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin yürütdüyü sosial siyasətə dəstək xarakteri daşıyır.

Daha sonra rayonda yaşayan müharibə veteranlarını maraqlandıran məsələlərə aydınlıq gətirildi. Qarşıya çıxan problemlərin hüquqi yolla həlli üçün AVMVİB daim veteranlarımızın yanındadır.

AzPost.az

Post navigation

Previous: Azərbaycanda yaşayış evləri bahalaşıb – RƏSMİ
Next: “Ruslar müəyyən əraziləri istəyirlər” –

Oxşar xəbərlər

zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11

xƏBƏR

ilham aliyev erdoqan beyanat
  • Baş Yazı

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN

User 08 Noyabr 2026 - 18:31
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla...
Read more about Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN
Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı? erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.