Silsilə qətlləri ilə SSRİ-ni dəhşətə gətirmiş manyak Andrey Çikatilonun oğlu Yuri Ukraynanın Xarkov vilayətində gedən döyüşlər zamanı öldürülüb.
Qeyd olunub ki, Andrey Çikatilonun oğlu Yuri Çikatilo Ukrayna ordusunda döyüşərkən 8 ay əvvəl Xarkov yaxınlığında Rusiya artilleriya atəşinə düşərək itkin düşmüşdü. Onun həlak olduğu məlum olub.
O, ölümündən sonra 2-ci dərəcəli “İgidliyə görə” ordeni ilə təltif olunacaq.
Yuri aliment və kredit borclarına görə axtarışda olduğundan Ukrayna Silahlı Qüvvələrinə qoşulmuşdu.
Onun atası Andrey Çikatilo 53 qətl törətdiyi subut edilib. Çikatilo 1994-cü ildə edam edilib.