Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İdman

Bu idmançı tennis oynamaqla 1 milyard dollar qazandı

User 24 Avqust 2025 - 10:38 (Last updated: 24 Avqust 2025 - 09:51)
tennis

İsveçrəli məşhur tennisçi Rocer Federer “Forbes” jurnalının milyarderlər siyahısında yer alıb.

Nəşrin hesablamalarına görə, 44 yaşlı idmançının sərvəti 1,1 milyard ABŞ dolları dəyərində qiymətləndirilir. O, 2022-ci ildə karyerasını başa vuranadək turnirlərdən 130 milyon dollardan bir qədər çox mükafat qazanıb.

Lakin tennis karyerası ərzində sponsorluqlar, çıxışlar və digər biznes fəaliyyətlərindən təxminən 1 milyard ABŞ dolları qazanıb. Bu məbləğ Novak Cokoviç və ya Rafael Nadalın qazandıqlarının iki qatından çoxdur. R.Federer bəzi brendlərlə on ildən artıq müddətdə əməkdaşlıq edib və ardıcıl 16 il dünyanın ən yüksəkgəlirli tennisçisi olub.

2020-ci ildə isə R.Federer bütün idmançılar arasında liderlik edərək, 106,3 milyon dolları gəlir əldə edib. Bundan əlavə, R.Federer investisiyalarla da fərqlənib. İsveçrənin qaçış ayaqqabıları istehsal edən “On” şirkətinə yatırdığı sərmayə ona xeyli gəlir gətirib.

İsveçrəli tennisçi idman karyerasının aktiv dövründə ümumi gəliri 1 milyard dolları keçmiş cəmi yeddi idmançıdan biri kimi tarixə düşüb. Bu siyahıya basketbolçu Lebron Ceyms, qolfçu Tayqer Vuds və Fil Mikkelson, futbolçu Kriştiano Ronaldo və Lionel Messi, eləcə də boksçu Floyd Meyvezer daxildir.

Qeyd edək ki, idman tarixində ilk milyarder tennisçi rumıniyalı İon Țsiriak olub. Kommunizmin süqutundan sonra biznes fəaliyyətinə başlayan İ.Tsiriak daşınmaz əmlak, avtomobil satışı və maliyyə xidmətləri sahəsində böyük sərvət qazanıb. O, 2007-ci ildə “Forbes”in milyarderlər siyahısına daxil edilib və hazırda sərvəti 2,3 milyard dollar dəyərində qiymətləndirilir.

AzPost.az

Post navigation

Previous: Gündüz adamı nə üçün yuxu aparır? –
Next: “Gözündə göz izi var…” –

Oxşar xəbərlər

dava boks
  • İdman

İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO

User 08 Noyabr 2026 - 15:14
messi esas
  • İdman

Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları

User 31 Oktyabr 2026 - 15:12
ilam futbol
  • İdman

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib

User 30 Oktyabr 2026 - 19:53

xƏBƏR

tramp elcek
  • Dünya

Trampın seçki koalisiyasında parçalanma – Respublikaçılar ondan uzaqlaşır

User 16 Noyabr 2026 - 13:55
ABŞ prezidenti Donald Trampın seçki koalisiyasında respublikaçıların aralıq seçkilərdə məğlubiyyətindən sonra Ağ Ev rəhbərinə dəstəyin davam etdirilməsi...
Read more about Trampın seçki koalisiyasında parçalanma – Respublikaçılar ondan uzaqlaşır
Xəzər sahilində torpaqlara nəzarət gücləndirilir – 40 yeni ştat yaradıldı / FƏRMAN deniz erzai
  • Baş Yazı

Xəzər sahilində torpaqlara nəzarət gücləndirilir – 40 yeni ştat yaradıldı / FƏRMAN

User 16 Noyabr 2026 - 13:47
Azərbaycanda QHT-lərin yaradılması qaydası dəyişir – YENİLİK memur33
  • Sosial

Azərbaycanda QHT-lərin yaradılması qaydası dəyişir – YENİLİK

User 16 Noyabr 2026 - 13:36
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 16 Noyabr 2026 - 13:31
Azərbaycanda hansı sahələrdə maaş daha sürətlə artır?- Hansı peşələrdə daha çox qazanırlar? MANAT MAAS
  • Baş Yazı

Azərbaycanda hansı sahələrdə maaş daha sürətlə artır?- Hansı peşələrdə daha çox qazanırlar?

User 16 Noyabr 2026 - 10:52
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.