Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Azad edilmi ərazilərdə nə qədər yeni iş yeri yaradılıb?

User 26 Avqust 2025 - 14:40 (Last updated: 26 Avqust 2025 - 14:01)
azad edilmis

Bu ilin 1-ci yarımilində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 1 601 yeni iş yeri açılıb.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Məlumata əsasən, bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 615 vahid və ya 62,4% çoxdur.

Məlumata görə, hesabat dövründə Qarabağda 1 040 (87,7% çox), Şərqi Zəngəzurda isə 561 (29,9% çox) yeni iş yerləri yaradılıb.

Dövr ərzində Qarabağ iqtisadi rayonu üzrə yeni yaradılan ən çox iş yeri Xankəndinin (385), Şərqi Zəngəzur iqtisadi rayonu üzrə isə Laçın rayonunun (244) payına düşüb.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə 2025-ci ilin yanvar-iyun ayları ərzində yeni yaradılan iş yerlərinə dair göstəriciləri təqdim edirik:

Qarabağ iqtisadi rayonu 1040
Xankəndi şəhəri 385
Ağcabədi rayonu 49
Ağdam rayonu 102
Ağdərə rayonu 18
Bərdə rayonu 82
Füzuli rayonu 56
Xocalı rayonu 73
Xocavənd rayonu 29
Şuşa rayonu 17
Tərtər rayonu 229
Şərqi Zəngəzur iqtisadi rayonu 561
Cəbrayıl rayonu 106
Kəlbəcər rayonu 160
Qubadlı rayonu 40
Laçın rayonu 244
Zəngilan rayonu 11

Ümumilikdə, 2025-ci ilin altı ayı ərzində Azərbaycanda 48,9 min yeni iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 92,1 faizi qeyridövlət sektorunda açılıb. Yeni açılmış iş yerlərinin 74,7 faizi Bakı şəhərinin, 1,1 faizi Naxçıvan Muxtar Respublikasının, 24,2 faizi digər regionların, o cümlədən 8,3 faizi Abşeron-Xızı, 2,6 faizi Quba-Xaçmaz, 2,5 faizi Şəki-Zaqatala, 2,3 faizi Gəncə-Daşkəsən, 2,1 faizi Qarabağ, 1,4 faizi Lənkəran-Astara, 1,1 faizi Mərkəzi Aran, 1,1 faizi Şərqi Zəngəzur, 1,0 faizi Şirvan-Salyan, 0,8 faizi Qazax-Tovuz, 0,5 faizi Dağlıq Şirvan və 0,5 faizi Mil-Muğan iqtisadi rayonlarının payına düşüb.

Yeni açılmış iş yerlərinin 10,8 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 87,6 faizi mövcud müəssisə və təşkilatlarda, 0,5 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 1,1 faizi isə digər tədbirlər üzrə yaradılıb.

Bundan başqa, 2025-ci ilin birinci yarımili ərzində ölkədə 4,3 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 53,4 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 24,2 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 75,8 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.

AzPost.az

Post navigation

Previous: Əngəlli uşaqlar üçün sosial aksiya həyata keçirilib
Next: Məktəb bazarlığı neçəyə başa gəlir?

Oxşar xəbərlər

edliyye
  • Sosial

Ədliyyə Nazirliyinə işə qəbulla bağlı müsabiqə elan edilib – Şərtlər

User 11 Noyabr 2026 - 15:02
ipotek
  • Sosial

Adi ipoteka üçün müraciətlərin qəbulu başlayır – Tarix və saat açıqlandı

User 11 Noyabr 2026 - 14:44
qeza astara
  • Sosial

Astarada mikroavtobusun təkəri partladı, maşın aşdı

User 11 Noyabr 2026 - 14:35

xƏBƏR

erdoqan pasinyan
  • Dünya

Paşinyan Ərdoğanla görüşür – Ermənistan və Türkiyə liderləri Antalyada bir araya gəldi

User 11 Noyabr 2026 - 18:00
Antalyada COP31 Liderlər Sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş...
Read more about Paşinyan Ərdoğanla görüşür – Ermənistan və Türkiyə liderləri Antalyada bir araya gəldi
Prezident və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edib ilham anta01
  • Siyasət

Prezident və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edib

User 11 Noyabr 2026 - 17:47
Rusiya və Ukrayna Əbu-Dabidə nələri müzakirə edirb? rus ukr danisiq abu dabi
  • Dünya

Rusiya və Ukrayna Əbu-Dabidə nələri müzakirə edirb?

User 11 Noyabr 2026 - 16:54
Kiçik fermerləri ağır vergi yükü gözləyir? – İqtisadçı yeni qaydaların risklərini açıqladı fermer01
  • İqtisadiyyat

Kiçik fermerləri ağır vergi yükü gözləyir? – İqtisadçı yeni qaydaların risklərini açıqladı

User 11 Noyabr 2026 - 15:30
Ədliyyə Nazirliyinə işə qəbulla bağlı müsabiqə elan edilib – Şərtlər edliyye
  • Sosial

Ədliyyə Nazirliyinə işə qəbulla bağlı müsabiqə elan edilib – Şərtlər

User 11 Noyabr 2026 - 15:02
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.