Antalyada COP31 Liderlər Sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilir.
Bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Melanya Arutyunyan məlumat verib.
Qeyd edək ki, Nikol Paşinyan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası çərçivəsində keçirilən Liderlər Sammitinin açılış mərasimində iştirak etmək üçün Antalyaya gəlib.
Əvvəlcə sammitdə iştirak edən dövlət və təşkilat rəhbərlərinin rəsmi qarşılanma mərasimi keçirilib. Liderləri BMT-nin baş katibi Antonio Quterreş və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıblar.
Daha sonra açılış mərasimində BMT-nin baş katibi, Türkiyə Prezidenti, Braziliya Prezidenti Luis İnasio Lula da Silva və digər rəsmilər çıxış ediblər.
