Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Rusiya sülhməramlılarının bölgədən çıxması sülh prosesinə əlavə təkan verdi –

User 26 Avqust 2025 - 19:04 (Last updated: 26 Avqust 2025 - 19:09)
68adcc597661168adcc5976612175622050568adcc597660f68adcc5976610

Rusiya sülhməramlılarının bölgədən çıxması sülh prosesinə əlavə təkan verdi.

Bunu Nazirlər Kabinetində keçirilən Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir deyib ki, 2023-cü ilin sentyabrında Ermənistan rəhbərliyinin növbəti dəfə separatçı rejimi qondarma müstəqillik münasibətilə təbrik etməsi, qondarma rejim tərəfindən “prezident seçkilərinin” keçirilməsi, eləcə də Ermənistanın bölgəmizdən tam olaraq çıxarılmamış qanunsuz silahlı birləşmələrinin davam edən təxribatları antiterror tədbirlərinə start verilməsini labüd etdi: “Bu əməliyyatlarla ölkəmizin suverenliyi 24 saatdan az bir müddətdə, beynəlxalq humanitar hüquqa əməl etməklə tam bərpa olundu. Azərbaycan tərəfi əməliyyat bitəndən iki gün ərzində BMT agentliklərinin nümayəndələrini və iki BMT missiyasının, eləcə də xarici ölkələrin səfirliklərinin bölgəyə səfərlərini təşkil edərək, iddiaların əksinə əməliyyatlar zamanı heç bir mülki əhali və obyektlərin hədəfə alınmadığını və bölgədə külli miqyasda hərbi texnika cəmləşdiyini bütün dünyaya nümayiş etdirdi, bununla atılan addımların beynəlxalq hüquqa uyğun və legitim olduğunu sübut etdi. Bu proses həm də sülh sazişi üzrə danışıqlara müsbət rəvac verdi. 2023-cü il antiterror tədbirlərindən sonra, Ermənistanın uzun müddət danışıqlar prosesində irəlilətməyə çalışdığı Qarabağ mövzusu danışıqlar masasından tam kənarlaşdırıldı. Yeni reallıqlar fonunda, Rusiya sülhməramlılarının mandat müddətindən 1 il yarım əvvəl bölgədən çıxması isə sülh prosesinə əlavə təkan verdi”.

AzPost.az

Post navigation

Previous: Müştəri Starex kargo şirkətindən narazıdır
Next: İsrailin Azərbaycanla hərbi əməkdaşlığı çox yaxşı səviyyədədir və inkişaf edir –

Oxşar xəbərlər

1704954558_telebe1
  • Sosial

Kolleclərə qəbul dayandırılır – Universitetlərə birləşdirilir

User 20 Noyabr 2026 - 16:44
yalanci
  • Sosial

Etibarsız insanın 4 əlaməti – Bu davranışlara diqqət edin

User 20 Noyabr 2026 - 16:29
surusme01
  • Sosial

“Badamdarda sürüşmə ərazisini tərk edin!” – İcra hakimiyyətindən sakinlərə çağırış

User 20 Noyabr 2026 - 15:21

xƏBƏR

S400
  • Dünya

Türkiyə Rusiyanın S-400-lərini kimə satıb? – Moskva Ankara ilə danışıqları açıqladı

User 20 Noyabr 2026 - 23:10
Rusiya Türkiyənin S-400 zenit-raket komplekslərini üçüncü ölkəyə satmaq ehtimalı ilə bağlı Ankara ilə dialoqun sakit və qarşılıqlı...
Read more about Türkiyə Rusiyanın S-400-lərini kimə satıb? – Moskva Ankara ilə danışıqları açıqladı
Futbol tarixinin ən yaxşı 50 oyunçusu seçildi – Messi siyahıda yoxdur futbol siya
  • İdman

Futbol tarixinin ən yaxşı 50 oyunçusu seçildi – Messi siyahıda yoxdur

User 20 Noyabr 2026 - 22:48
İnsan ölərkən beynində nə baş verir? – Alimlər qeyri-adi aktivlik qeydə aldı olum vefat
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər qeyri-adi aktivlik qeydə aldı

User 20 Noyabr 2026 - 20:00
Qarın piyləri qadınlarda diabet riskini 7 dəfə artırır –araşdırma Pəhriz
  • Maraqlı

Qarın piyləri qadınlarda diabet riskini 7 dəfə artırır –araşdırma

User 20 Noyabr 2026 - 19:45
ABŞ Avropada terror xəbərdarlığı yayıb – Milad yarmarkaları risk altındadır Avropa
  • Dünya

ABŞ Avropada terror xəbərdarlığı yayıb – Milad yarmarkaları risk altındadır

User 20 Noyabr 2026 - 19:33
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.