Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Ortaq miras: Dünən, bu gün və sabah”

User 28 Avqust 2025 - 11:46 (Last updated: 28 Avqust 2025 - 19:48)
nadir

CASCFEN-nin layihə çərçivəsində üçüncü-sonucu veriliş bu mövzuda olub.

“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” adlı layihənin icrasını davam etdirir.

Bu barədə CASCFEN-in Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, layihə çərçivəsində mövzu ilə bağlı Azərbaycanda internet TV-lərin birində 3 verilişin hazırlanması nəzərdə tutulub: “Artıq həmin 3 verilişdən üçüncüsü-sonuncusu da hazırlanıb və tamaşaçılara təqdim olunub. Üçüncü verilişin mövzusu “Ortaq miras: Dünən, bu gün və sabah” olub. Verilişdə ekspertlər qismində “Türküstan Media Qrupu”nun baş redaktoru, “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal və Manisa- Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Şentürk Hoşgül çıxış ediblər”.
Məlumata əsasən layihə rəhbəri Nadir İsmayılovun aparıcılığı ilə reallaşan verilişdə ekspertlər həm ümumilikdə layihə, həm də layihə çərçivəsində KKTC keçirilən “Bizim ailəmiz türk dünyasıdır” adlı konfrans və Türkiyədə, Manisa şəhərində eyni mövzuda keçirilən dəyirmi masa barədə fikirlərini bölüşüblər. Belə bir fikir ifadə olunub ki, bu cür tədbirlər türk dünyasında inteqrasiyanın daha da dərinləşməsinə xidmət edir.

Öz növbəsində Manisadakı tədbirə ev sahibliyi etməkdən məmnunluq duyduqlarını deyən Şentürk Hoşgül bu tip layihələrin davamlı olması üçün bundan sonra da əməkdaşlığa hazır olduqlarını bəyan edib.

Verilişdə ekspertlər, həmçinin ortaq mirasımızın gələcəyə çatdırılması, Türk Dövlətləri Təşkilatının bu istiqamətdə reallaşdıra biləcəyi layihələrlə bağlı da təkliflərini səsləndiriblər.

Verilişə aşağıdakı link vasitəsilə baxmaq olar.

https://youtu.be/5tcZ_z8SvuQ

AzPost.az

Post navigation

Previous: Sabah daha 3 itkin-şəhid dəfn olunacaq
Next: Sabaha olan hava proqnozu

Oxşar xəbərlər

zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11

xƏBƏR

ilham aliyev erdoqan beyanat
  • Baş Yazı

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN

User 08 Noyabr 2026 - 18:31
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla...
Read more about Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN
Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı? erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.